“Azərenerji” ASC-də vəziyyət getdikcə daha da çətinləşir.
Artıq bu sistemdə çalışanların əməkhaqqıları gecikməkdədir. Əgər işçilər hər ayın maksimum 20-dək əməkhaqqını alırdılarsa, son aylarda maaşların verilməsində gecikmələr yaranır. Bu sistemdə çalışan işçilər hələ də avqust ayının maaşını ala bilməyiblər.
Onu da qeyd etmək lazımdır ki, “Azərenerji” tabeçiliyində olan Sumqayıt Texnologiya Parkında da vəziyyət ürəkaçan deyil. Azenco şirkəti STP-də çalışanlara əməkhaqqı verə bilmədiyindən kütləvi ixrtisarlar etdi. Ixtisarlar nəticəsində üç mindən artıq işçi öz iş yeri ilə vidalaşmalı oldu. Hətta Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu günlərdə keçirdiyi mətbuat konfransında STP-də çalışanlara əməkhaqqı verilməməsi ilə bağlı şikayətin olduğunu təsdiq etdi və şirkətin işçilərə 900 min manatadək əməkhaqqı borcu olduğunu bildirdi.
Əldə etdiyimiz məlumata görə, “Azərenerji” ASC-nin tabeçiliyində olan bir sıra qurumların onun tabeçiliyindən alınaraq digər qurumlara verilməsi gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?