Əlil və şəhid ailələrinin mənzil təminatında korrupsiya şübhəsi
Əlil və şəhid ailələrinin mənzil-məişət problemlərinin çözülməsi dövlətin prioritetlərindən sayılır və qanunla tənzimlənir . Sözügedən aztəminatlı ailələr mənzil yiyələri olmaq üçün qeydiyyatda olduqları şəhər -rayon icra hakimiyyətində mənzil növbəsinə götürülür və ƏƏSMN tərəfindən növbəliliklə mənzillə təmin olunurlar . İnsafən nazirlik son 5-6 adlı bu sahədəki neqativ hallara son qoyub . Mənzil təminatında başlıca problem yaradanlar yenə də rayon icra hakimiyyətləri və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir (DƏDRX) . RİHlər on minlərlə manat qarşılığında istənilən əlil, şəhid ailəsini DƏDRX-nın eyni rüşvət-korrupsiya arayışı ilə növbəyə götürüb, hətta növbəni də rüşvət qarşılığında irəli çəkirlər . ƏƏSMN isə bu halları yoxlamır, ona daxil olan növbə siyahısını əsas tutur. Maraqlıdır, elektron əlillik təyinatında tibb müəssisəsinin, hətta Mərkəzi Hərbi Klinikanın arayışını “ekspert rəyi” ilə saxta çıxaran ƏƏSMN, ev növbəliliyinin saxtalığını niyə yoxlamır? Eyni zamanda, ƏMDK yanında DƏDRX rüşvət qarşılığında saysız-hesabsız əmlakı, villaları olanlara adlarında əmlak olmaması haqqında arayış verirsə, onda həqiqi mənzil ehtiyacı olanların uzun illər növbələrdə “qocalıb ölmələri”nin səbəbi məlum olur. “Jurnalistlər evi”nin timsalında DƏDRX-nın arayışlarının mənzil bölgüsündə əhəmiyyət daşımadığı ortaya qoyulub. Mənzil təminatının elektronlaşdırılmaması əmlak, icra hakimiyyəti orqanlarının rüşvətxorluğuna hesablanıb.
Dekabrın 24-də Prezident Nizami rayonunda əlil və şəhid ailələri üçün beş il ərzində tikilən 96 mənzilli yaşayış binasının açılışını etdi və cəmi 5 nəfərə mənzil hədiyyə edildi. Qalan 91 nəfərin kimlikləri isə gizlədilir. Belə gizlilik isə rüşvət-korrupsiya şübhələrinə yol açır. Necə olur, Bakıdan kənarda hətta bircə mənzil veriləndə televiziyalar çəkib göstərir, amma şəhərin içində beş ildə bir ev tikilib və 96 mənzil yiyəsindən 91-i üzə çıxmır! ? Bu, həm də Prezidentin öz ad günündə əlil və şəhid ailələrinə mənzil paylaması ənənəsini urvatdan salmaqdır . 91 mənzil yiyəsinin gizlin saxlanılması ƏƏSMN yanında DSMF-nin şöbə müdiri Vüqar Behbudovun “sosial mənzil siyasəti”nin əsas prinsiplərindəndir . ƏƏSMN təmsilçiləri bu gizliliyi açsalar, ev alanların çoxunun bir neçə mənzil, hətta villa yiyələri olmaları üzə çıxacaq, deputatdan tutmuş jurnalistlərə kimi dövlətin ev verdiyi şəxslərin adları açıqlanacaq. Bu açıqlama isə əlil və şəhid ailələrinə mənzil verilməsinə də ləkə salan ƏƏSMN təmsilçilərinə sərf eləmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?