GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra hakmiyyətinin mənzil siyahısı narazılıq doğurub

İcra hakmiyyətinin mənzil siyahısı narazılıq doğurub

Tarix: 20-01-2014, 22:32 Bölmə :Ölkə Baxış: 1 200
İcra hakmiyyətinin mənzil siyahısı narazılıq doğurub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan Qarabağ əlilləri, şəhid ailələrinin növbəlilik siyahısı açıqlanıb.

İmişli Rayon İcra Hakimiyyətinin 2013-cü il mayın 1-də təqdim etdiyi siyahıya bu kateqoriyaya aid edilən ümumilikdə 91 nəfərin adı düşüb.

İmişli şəhərində yaşayan II qrup Qarabağ əlili Tariel Şirinli mənzil növbəsində dayandığı halda, adını siyahıda tapa bilmədiyini deyir:

“Mən torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, “Küdrü qartalları” dəstəsinin komandiri olmuşam. 2008-ci ilin dekabrında sənədlərimi İmişli Rayon İcra Hakimiyyətindəki mənzil komissiyasına təqdim etmişəm. Amma indi baxıram ki, mənim adım mənzil növbəsində dayananlar arasısında yoxdur.”

Həmsöhbətim bildirir ki, dəfələrlə İmişli RİH başçısına yazılı surətdə müraciət edərək, mənzil növbəsində dayananların siyahısının və bu barədə verilmiş sərəcamların açıqlanmasını istəyib. Lakin onun sorğusu cavablandırılmayıb. İnsan Hüquqları üzrə müvəkkilə etdiyi şikayətin də nəticə vermədiyini deyən əlil, indiyədək siyahının gizlədilməsini, mənzil növbəsinə bəzi imtiyazlı şəxslərin adının daxil edilməməsi, əvəzində bu kateqoriyadan olmayanların növbəyə götürülməsi ilə əlaqələndirir:

“Şəhid və əlil ailələri üçün dövlət hesabına İmişlidə iki bina tikilib. Hər iki binadakı mənzillər paylanılarkən narazılıq olub. Bəzi şəxslərin rüşvətlə mənzilə yiyələnməsi barədə söz-söhbət gəzib. Sənədlərin it-bata salınması, daha çox otağı olan mənzilə yiyələnmək üçün ailə üzvlərinin sayının süni surətdə artırılması və digər neqativ hallar olub.



2-ci binadan mənzil alanların əksəriyyəti kəndlərdə yaşayanlar olub, onların bir çoxu mənzilini ya satıb, ya da kirayəyə verib. Bu onu göstərir ki, həmin adamların mənzilə ehtiyacı olmayıb.

Yaxşı ki, bu dəfə mənzillər paylanılmamış siyahı ortaya çıxdı. Orada mənzil almaq hüququ olmayan xeyli sayda adamın adı var. Əvəzində mənim kimi bəzi imtiyazlı şəxslər siyahıdan kənarda qalıb.”

İmişli Rayon İcra Hakimiyyətindəki mənzil komissiyasının katibi Rahim Zahidov siyahının tərtibi zamanı texniki səhvə yol verildiyini bildirir:

“İmtiyazlı şəxslərdən başqa da mənzil növbəsinə götürülənlər var. Bu siyahı hazırlanarkən iki şəxsin adı ümumi siyahıda qalıb. Bu, sırf texniki məsələdir. Həmin şəxslər, o cümlədən Tariel Şirinli mənzil növbəsinə İmişli RİH başçısının sərəncamı ilə qəbul edilib. Artıq siyahı dəqiqləşdirilib və göndərilib. Onsuz da saytda yerləşdirilən 7 ay əvvəlki məlumatdır. Bu müddətdə daha bir neçə nəfər mənzil növbəsinə götürülüb ki, yeni siyahıya onların da adı əlavə edilib. Mənzillər paylananadək bu siyahı bəlkə 10 dəfə dəyişdirilə bilər, dönə-dönə ələyib ələkdən keçirəcəklər.”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) açıqlamasına görə, nazirlik tərəfindən inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) icra hakimiyyətlərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq Xüsusi Komissiya tərəfindən həyata keçirilir.



“Şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib”- məlumatda belə deyilir.

"Azadlıq" radiosunun sorğusunu cavablandıran ƏƏSMN-in Xüsusi Komissiyasının üzvlərindən biri, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də təsdiqləyir ki, icra hakimiyyətlərinin təqdim etdiyi siyahılarda olan bəzi şəxslərin həmin binalardan mənzil almaq hüququ yoxdur:

“Çoxmərtəbəli binalardan mənzillər Əfqanıstan, Çernobıl, “20 yanvar” və Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulub. Bu kateqoriyadan olan vətəndaşlar yaşadıqları ərazi üzrə yerli icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülür. Komissiya müvafiq icra hakimiyyətinin təqdim etdiyi siyahıya baxır, iclasa onların nümayəndələri də dəvət olunur. İlkin olaraq mənzil almaq hüququ olmayan şəxslərin adları siyahıdan çıxarılır. Məsələn, hərbi xidmət, əmək əlili, Qarabağ savaşında həlak olanın qardaşı, bacısı, nəvəsi və digər qohumu bu imtiyaza malik deyil. İcra hakimiyyətlərinin siyahısında belə şəxslərin adlarının olmağı o demək deyil ki, həmin binadan onlara da mənzil veriləcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər

    Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər ...

    22-12-2015, 13:21

  • 
  • Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

    Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib ...

    22-11-2013, 12:25

  • 
  • Məmur özbaşınalığına məruz qalan şəhid ailəsinin harayı

    Məmur özbaşınalığına məruz qalan şəhid ailəsinin ...

    12-07-2016, 22:20

  • 
  • Pulu erməniyə yox, ona güllə atana xərcləyin!

    Pulu erməniyə yox, ona güllə atana xərcləyin! ...

    22-05-2015, 13:53

  • 
  • Tovuzda mənzil yanıb

    Tovuzda mənzil yanıb ...

    7-01-2016, 11:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu