Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur.
Gundemxeber.Az xəbər verir ki, Oqtay Gülalıyevin xanımı Füruzə Gülalıyevanın sözlərinə görə, uzun müddətdir ki, hüquq müdafiəçisinin hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.
İstanbulda “Amerika” klinikasında müalicə davam edir. Artıq Oqtay Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb: “O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, - deyə Füruzə Gülalıyeva bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?