Dünən axşam saatlarından etibarən "Unibank" ASC-nin debet kartlarından vəsaitlərin silinməsinə başlanıb.
Gundemxeber.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə bankın plastik kart istifadəçiləri məlumat verib.
Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.
Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.
"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”, - deyə "Unibank"ın açıqlamasında bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?