GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Unibank”da işçilərin maaşı kəsilib

“Unibank”da işçilərin maaşı kəsilib

Tarix: 19-04-2015, 00:02 Bölmə :İqtisadiyyat Baxış: 0
“Unibank”da işçilərin maaşı kəsilib

Manatın devalvasiyası və kreditlərin azaldılması bu qərarın verilməsi ilə nəticələnib; kreditlər yalnız dollarla verilir

“Unibank”da maaşlar azaldılıb. “Gündəm xəbər”in əldə etdiyi məlumatda iddia olunur ki, bank işçilərin maaşını kəsib, iş vaxtını da azaldıb. Manatın devalvasiyası və kreditlərin azaldılması bu qərarın verilməsi ilə nəticələnib. İşçilərin əmək haqlarından 100 manat azaldılıb. Bununla bankın ümumi sektorunda gedən işlərin ürəkaçan olmadığı qənaətinə gəlmək olar.

Mənbə deyir ki, “Unibank” kredit kartlarını dollarla verməyə başlayıb. Bu barədə sosial şəbəkə istifadəçiləri də yazıb. Onlar ölkədaxili alış-verişin manatla aparıldığı halda, kredit kartlarının dollarla verilməsinə etiraz ediblər. Artıq 1 aya yaxındır ki, kredit kartlarının hamısı dollarla verilir. “Unibank”ın kredit kartları həm də pulu nağdlaşdırmağa imkan verir. Lakin konkret olaraq alqı-satqıdan söhbət gedirsə, Azərbaycan daxilində alqı-satqı yalnız manatla həyata keçirilə bilər. Amma bu məsələdə qanunvericilikdə də problemlər var.

Digər məsələ ondan ibarətdir ki, əgər Mərkəzi Bank fevral ayının sonuna kimi xarici valyutada verilən kreditlərin həcminə limitlər tətbiq edirdisə, bu limitlər aradan qaldırıldı. Bu isə banklara sözügedən istiqamətdə kreditləşmə siyasətini həyata keçirməyə imkan yaradır. Bu vətəndaş üçün təbii ki, problem yaradır və dollar bahalaşacağı təqdirdə vətəndaşların ziyanına olur. Amma bank prizmasından yanaşanda burada heç bir hüquq pozuntusu yoxdur. Banklar bununla öz gələcək fəaliyyətlərini sığortalayırlar.

Xarici valyuta ilə kreditin verilməsi qanunla qadağan olunub. Ümumən xarici valyutada kreditin verilməsi Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə ziddir. Buna görə də hansısa bankın manatla kredit verməkdən imtina etməsi ümumən kredit verməkdən imtina etmək deməkdir. Kredit verməyən bank isə bank deyil. Onda fəaliyyəti də dayandırılmalıdır.

Ancaq onu da deyək ki, “Unibank” indiyə qədər bankdan ABŞ dolları ilə kredit götürmüş müştərilərinə ödənişlərdə güzəşt edir. Söhbət hazırda qaytarılan dollar kreditlərinin illik faiz dərəcəsinin azaldılmasından gedir.

Belə ki, “Unibank”dan 24 aya qədər kredit götürənlərə 2%, 24 aydan artıq kredit götürənlərə isə 4% endirim edilir. Amma bundan sonra ödənişlərdə gecikmə olarsa endirim ləğv edilir. Yeri gəlmişkən, faiz dərəcəsinin azaldılması üçün müştərinin kredit tarixçəsində gecikmə olmamalıdır. Güzəştlərdən faydalanmaq üçün bankın filialına yaxınlaşmaq lazımdır. Müddət artırıla da bilər.

“Unibank”ın müsbət tarixçəli müştəriləri dollarla götürdükləri kreditlər üzrə ödəniş müddətini də artıra bilərlər. Belə ki, müqavilə müddətinin bitməsinə qalan vaxtın yarısı qədər müddət artırılır. Yəni, kiminsə ödənişinin bitməsinə 2 il qalıbsa, o, qalan məbləği 3 il müddətinə də qaytara bilər. Bu məsələ də filiala yaxınlaşmaqla həll olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Manatla kredit verən banklar məlum oldu - SİYAHI

    Manatla kredit verən banklar məlum oldu - SİYAHI ...

    1-04-2015, 21:56

  • 
  • “Unibank”ın rəhbəri şəhid adını ucuz tutur

    “Unibank”ın rəhbəri şəhid adını ucuz tutur ...

    11-08-2016, 00:16

  • 
  • “Unibank” müştərilərini məhkəməyə verdi

    “Unibank” müştərilərini məhkəməyə verdi ...

    6-06-2016, 17:20

  • 
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Dollarla krediti olanları nə gözləyir? – EKSPERT RƏYİ

    Dollarla krediti olanları nə gözləyir? – EKSPERT ...

    21-12-2015, 15:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu