Ağdam 118 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən tanınmış yazar, iş adamı Vüsal Səid Rzazadə başına gələnləri görüncə, öncə bu statusu yazdı:
''3-4 gündür ki, Ağdam 118 saylı DSK sədri Ramiz müxtəlif adamlara zəng elətdirib, gah hədə gəlir, gah xahiş elətdirirdi ki, namizədliyimi geri çəkim, imza vərəqələrini verməyim. Deyirdi ki, onsuz da götürməyəcəklər. Bu gün səlahiyyətli nümayəndələrimə zəng edən adamlar "razzborkaya" çagırırdılar. Anlayırdıq ki, ləngitmək üçündür bizi. Ona görə görüşü imza vərəqələrini verəndən sonraya saxlamışdıq. Baxmayaraq ki, imza vərəqələrini götürmək üçün son gündür və bu gün gücləndirilmiş rejimdə işləməli idilər, sədr Ramiz DSKnı günortadan bağlayıb, qarşısında da zorba adamlar qoyub. Bizimkilər ora çatan kimi zor tətbiq eləməyə başlayıblar. Günortadan MSKya edilən rəsmi və şifahi şikayətlər, MSKya vurdüğum teleqram effekt vermir. 102-yə məlumat versək də, polis onları aparmaq əvəzinə bizimkiləri aparıb şöbəyə. Çünki, məqsəd bu idi, ləngitmək. Polisdən çıxıblar indi, adamlar yenidən saldırıblar. Dostları naməlum istiqamətə aparıblar. Tapmıram. Kimə deyəcəyimizi bilmirik. Hazırda burdayıq. Vəziyyət çox ağırdır!'' Daha sonra MSK sədri Məzahir Pənahov və 1-ci müavini Rövzət Qasımovun reaksiyasını, zəngini və namizədlik məsələsini nəzarətə götürdüklərini duyunca özünü saxlaya bilməyib, ağladı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?