Ümid Partiyası 90 saylı Ağdaş seçki dairəsində baş vermiş qanunsuzluqlarla bağlı Baş Prokurorluğa və DİN-ə müraciət etdi
90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyası sədrinin imzatoplama kampaniyası zamanı səlahiyətli nümayəndlərə və imza toplayanlara qarşı edilən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət edilib. Bu barədə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyev məlumat verib.
Taleh Əiyev bildirib ki, imza toplama kampaniyası zamanı xeyli sayda qanunsuzluqlarla, ayrı-ayrı xüsusi öyrədilmiş adamların basqısı, təzyiq və təhqirləri ilə üzləşdik. Bu barədə dəfələrlə DSK sədrinə məlumat versək də Seçki Məcəlləsinin tələbləri yerinə yetirilmədi. Baş verən qanunsuzluqlarla bağlı 102 xidməti ilə bir neçə dəfə polisə müraciət etmək məcburiyyətində qaldıq. İmza toplama kampaniyasını may ayının 8-də yekunlaşdırmışıq. Aldığımız məlumata görə bizim namizədin müdafiəsi üçün imza etmiş seçicilərə təzyiqlər davam edir. Əldə etdiyimiz faktların araşdırması ilə bağlı həm Baş Prokurorluğa və DİN-ə şikayət etmişik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?