İstanbulda “Amerikan'' hospitalında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanvarın 13-də qızdırması yüksəlib. Bunu hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.
“Uzun müddətdir Oqtayın qızdırması olmurdu. Yanvarın 10-da əməliyyatdan sonra hər hansı fəsad olmamışdı. Ancaq bu gün səhər vəziyyət dəyişdi”, – F.Gülalıyeva qeyd edib.
Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Bir neçə saatdan sonra o, komaya düşüb. Oktyabrın 30-da Bakıda ““Citу Hospital”-da əməliyyat olunub.
Noyabrın əvvəlində O.Gülalıyev Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?