9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam etməkdədir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK- nın dünən keçirilən iclasında bildirib ki, “Yerlərdə bir namizəd digər namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparırlar. Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq”. Biz də qələm əhli olaraq baş verənlərdən yazmaq istəmizdik, amma məcburuq. Ona görə məcburuq ki, ruhən bizdən olmayan, amma əlində qələm tutduğuna görə xalqı bizimlə bir sırada gördüyü, bəzi “həmkarlarımız”ın əməllərinə mütləq münasibət bildirmək gərəkdir. Yoxsa onların bulaşdığı pisliklərin qoxusu insanları bütün mətbuatdan üz döndərməyə sövq edə bilər. O cümlədən, bir vaxtlar Parlament müxbiri olan Aygün Muradxanlının da xatirində həmin dövrlər deyəsən dərin izlər buraxıb. Belə ki, bu xanım dönüb Aygün Süleymanlı olandan sonra, həmin mühitdən ötrü elə darıxıb ki, indi də deputat olmaq həvəsinə düşüb. Ya da müxalifətlə iqtidar arasında manipulyasiyalar etməsindən, yüksək çinli eks-məmura “trolluq” xidməti göstərməsindən dolayı itirdiyi nüfuzunu özünə qatarmaq üçün, bu gün deputat seçilmıəkdən daha çox kütləyə “mən deputatlığa namizədəm” mesajını verməklə populyarlıq qazanmaq istəyir.
28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd olan Süleymanlının apardığı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında əl atdığı qeyri-məqbul cəhdlər onun olan-qalan nüfuzunu da heçə endirmək üzrədir. Qadın namizəd bütün kampaniyanı dairə üzrə ən nüfuzlu alternativinə qara yaxmaq üzərində qurub. İndi də söz buraxıb ki, rəqibi seçicilərin evinə getməyi, qapılarını döyməyi özünə sığışdırmır. Əslən Maştağaya gəlmə olduğuna, yerli xüsusiyyətləri bilmədiyinə görə, əsla nəzərə almayıb ki, mentalitetimizin tələblərinə ciddi riayət edildiyi Bakı kəndlərində deputatlığa namizəd olmur, kim olur-olsun, evin kişisi işdə- gücdə olduğu vaxt qapını döyüb qadın-uşaqla təmas qurması müsəlman əxlaqına uyğun hal hesab olunmur. Halbuki, kişi cinsinə mənsub olan həmin namizədin qadın nümayəndələri gündəlik 20-30 evdə olur, əhalinin həssas kateqoriyasına aid aztəminatlı ailələrlə görüşlər keçirir, problemlərini öyrənir, həllinə yardım edirlər.
Son günlər mətbuatda seçicilərin ona qarşı “boykot” nidaları yer almaqdadır: Namizəd olduğu dairə ərazisində yaşayan sakinlərin problemlərini heç zaman qabartmayıb, bir kimsəyə kömək əlini uzatmayıb, potensial rəqiblərinə qarşı “qara piar” kompaniyası aparır. Jurnalist imkanlarını həqiqətə xidmət etməyə deyil, dövlətdən mənzil qoparmağa yönəldib və s. Seçicilər bildirirlər ki, Aygün Süleymanlı ilə görüşə az-çox adam gedibsə də, həmin adamların məqsədi ona dəstək vermək yox, “bu daşı ətəyindən tök” öyüd-nəsihəti vermək olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?