Noyabrın 1-də yəni sabah ölkədə keçiriləcək Milli Məclisə seçkilərlə bağlı artıq bütün hazırlıqlar tamamlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında məlumat verib. MSK sədri bir sıra maraqlı məqamlara da aydınlıq gətirib.
Seçki qanunvericiliyinə və seçkilərlə bağlı milli fəaliyyət planına uyğun olaraq mərkəzi seçki komissiyası seçkilərə bütün hazırlıqlarını tamamlayıb. Azərbaycan növbəti tarixi hadisəyə tam hazırdır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, beşinci çağırış Milli Məclisə seçkilərin tam şəffaff və demokrati şəkildə keçiriləmsi üçün bütün zəruri adımlar atılıb.
Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar Bürosunun seçkiləri müşahidədədən imtina etməsi qərarına da toxunub və bildirib ki, bu siyasi bir qərardır. Əslində isə bu qurumun müşahidədən imtinə etmək hüququ belə yoxdur.
Məzahir Pənahov mətbuat konfransında müşahidəçilərə vəzifə və səlahiyyətlərini də xatırladıb. Beləki müşahidəçilərin bütün proses izləməyə tam hüququ var amma heç bir halda prosesə müdaxiəl edə bilməz əgər hesab edirsəki qanun pozuntusu var o halda qeydiyyatını aparıb sonradan müvafiq qurumlara müraciət edə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?