Azərbaycanda fevral ayının 9-da keçiriləcək parlament seçkisinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Quliyev Hacı Seyran oğlunun qanuni təmsilçisi və direktoru olduğu "Excellent" şirkətinin dövlətə 24753 manat vergi borcu var.
2009-cu ildə təsis edilən "Excellent" şirkəti xidmət sahəsi üzrə, əsasən, camaşırxana, təmizlik, yaşıllaşdırma kimi sahələr üzrə fəaliyyət göstərir.
Qeyd edək ki, vikipediya məlumatında tanınmış ictimai-siyasi xadim kimi təqdim olunan 1977-ci il təvəllüdlü Hacı Quliyev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti, İctimai Nəzarət Koalisiyası Himayadarlar Şürasının sədri, Dünya Gənclər Konseyinin Azərbaycan başkanı,”Ümidlə gəl” xeyriyyə layihəsinin təsisçisi ve direktoru, Milli telekanalların sosial məsələlər üzrə eksperti olduğu bildirilir.
Gundemxeber.Az-ın AzFakt.com-a istinadən əldə etdiyi məlumata görə, bitərəf namizəd olaraq parlament seçkisinə qatılan Hacı Quliyevin Yeni Azərbaycan Partiyasının üzvü olduğu deyilir.
Qeyd edək ki, ötən gün növbədənkənar seçki ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürdüyünə görə partiya sıralarından xaric edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?