Moderator.az - a verilən məlumata görə, tanınmış jurnalist bu gündən fondun vitse - prezidenti təyin olunub. Jurnalist yeni vəzifəsi ilə bağlı saytımıza açıqlama verib. O bildirib ki, bu gündən rəsmən Akademik Tofiq İsmayılov adına Fondun vitse - prezidenti vəzifəsində çalışacaq.
Qeyd edək ki, Ülkər Musazadə siyasi yazar və icmalçıdır. Siyasi analizləri ABŞ, Pakistan, Gürcüstan, Qazaxıstan və bir sıra digər dövlətlərin mətbuatında dərc olunmaqdadır.
Nəzərinizə çatdıraq ki, 2015-ci il 5-ci çağırış Parlament seçkilərində 33 saylı seçki dairəsindən deputatlığa namizəd Ülkər Musazadə Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, Pakistan Azərbaycan Media Forumu və Qazaxıstan Azərbaycan Media Forumu kimi önəmli layihələrin sədridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?