Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçis Əli Həsənovun bu saatlarda həbs olunduğu xəbəri yayılıb.
GundemXeber.Az bildirir ki, bu barədə İxa.az saytı social şəbəkələr üzərindən əldə etdiyi məlumatlar əsasında xəbər yayıb. Bildirilib ki, "Əli Həsənova qarşı bir neçə istiqamət üzrə çox ciddi ittiham irəli sürülüb. Xüsusi xidmət orqanlarının araşdırmalarından sonra, sabiq köməkçi Əli Həsənov barəsində həbs qərarı çıxarılıb". Və onun saxlandığı xəbəri tirajlanıb.
Gələn xəbərlərdə oda bildirilir ki, hazırda Həsənovun himayəsində olan siyasətçilər, iş adamları, media orqanları da izahata cəlb olunub. Həsənovlar ailəsinə məxsus, holdinq və şirkətlərdə isə təftiş aparılır.
Yaxın saatlarda əlavə bilgilər verməyə çalışacağıq!
Sorğu
Yeni dizaynımız necədir?