Prezident Administrasiyasının şöbə müdirinin yeni biznesi
gundemxeber.az Dərnəgüldə iri bir camaşırxana fəaliyyət göstərir. Həmin camaşırxana yalnız dövlət sifarişlərini yerinə yetirdiyindən diqqətimizi cəlb edib. Və bizdə bu obyektin hansısa məmura məxsus olması barədə şübhələr yaradıb. Ona görə də kiçik bir araşdırma aparıb bu obyektin hansı məmura məxsus olmasını aydınlaşdırmağa çalışdıq. Bəlli oldu ki, camaşırxana Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur. Məlumatlarda deyilir ki, məhz bu səbəbdən dövlət sifarişləri yalnız həmin camaşırxanaya verilir. Eyni zamanda bəzi yüksək çinli məmurların da bu camaşırxanadan yararlandığı bildirilir. Qeyd edək ki, Əli Həsənov dövlət məmuru olmasına baxmayaraq fəal bizneslə məşğul olur. Onun Dərnəgüldəki camaşırxanadan başqa da obyektləri var. Həmçinin "Azərmətbuatyayım" və "Kaspi" hazırlıq kursları, "Tonqal" və "Paralel" restoranı şöbə müdirinə məxsusdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?