Deputatlığa namizəd Hicran Hüseynova və tərəfdarları seçki prosesinə qanunsuz müdaxilə edir və seçicilər arasında çaşqınlıq yaradırlar.
Gundemxeber.Az yenixeber.org-a istinadla xəbər verir ki, bu haqda Sumqayıt şəhəri 41 saylı 1-ci seçki dairəsindən deputatlığa digər namizəd jurnalist Dəyanət Səlimxanlı dövlət başçısına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətində bəhs edir: "Hörmətli cənab prezident İlham Əliyev və hörmətli Azərbaycanın birinci vitse-prezidenti Azəri-Türk dünyasının Dəmir Ledisi Mehriban xanım Əliyeva. Mən sizlərə jurnalistlərə olan böyük hörmət və ehtimadınızın parlaq təzahürü olaraq müraciət edirəm. ”Xalq hakimiyyəti” qəzetinin baş redaktoru olaraq Sumqayıt şəhəri 41 saylı 1-ci seçki dairəsindən namizədliyimi vermişəm və hazırda təbliğat işləri gedir. Sumqayıt şəhər sakinləri bu parlament seçkilərinin şəffav və demokratik keçəcəyinə inanırlar. Amma son günlər baş verən hadisələr böyük narahatlıq yaradıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Aparatı bütün gücünü səfərbər edərək sumqayıtlıların sevmədiyi bu dairədən deputatlığa namizəd Hicran Hüseynovaya hansı yolla olursa olsun səs toplamağı Sumqayıt şəhərində yerləşən dövlət müəssələrinə və onun rəhbərlərinə ciddi tapşırıq vermişlər. Jurnalistlərin hər yerdə eşidən qulağı, görən gözü var və bu gün aldığım məlumata görə 41 saylı 1-ci seçki dairəsində 1 nəfər yerləşdiriblər və həmin şəxs də namizədlərin səslərini Hicran Hüseynovaya toplamaq üçün 33 seçki məntəqəsinin rəhbərlərinə öz təsir gücündən istifadə etsin. Onlar öz güclərinə tam arxayın olaraq Sumqayıt şəhərində şəhər sakinlərinə elan ediblər ki, onsuz da sizin istəyinizdən asılı olmayaraq Hicran Hüseynova artıq deputat mandatını alıb. Hörmətli cənab prezident və hörmətli Mehriban xanım. Mən bir jurnalist olaraq sizlərə,dövlətimizə və xalqımıza xidmətimin bir nümunəsi kimi sizlərə,dövlətimə və xalqıma arxalanıram. Bu yolda xalqımdan dəstək gözləyirəm. Uca Yaradan xaqımızın xoşbəxtliyi və firavanlığı naminə gördüyünüz böyük işlər və dünya siyasət meydanında apardığınız daxili və xarici siyasətdə sizə yardımçı olsun. Amin!" Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?