GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 20 MİNİN AĞIRLIĞI ALTINDA ÇAT VERƏN “SƏDAQƏT” –Əli Həsənovun heyrət doğuran dirənişi

20 MİNİN AĞIRLIĞI ALTINDA ÇAT VERƏN “SƏDAQƏT” –Əli Həsənovun heyrət doğuran dirənişi

Tarix: 6-02-2020, 12:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 379
20 MİNİN AĞIRLIĞI ALTINDA ÇAT VERƏN “SƏDAQƏT” –Əli Həsənovun heyrət doğuran dirənişi


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bir ay gecikmə ilə, amma ənənəvi qaydada qəzetlərə maliyyə ayırdı. Fonddan dəstək alacaq nəşrlərin siyahısı dərc olunmamış, adı daim yardım siyahısının başında gələn "Kaspi" və Kaspiy" qəzetlərinin ölkə Prezidentinə şikayət dolu müraciəti yayıldı. Məlum oldu ki, əvvəllər dövlətdən ildə 480 min manat yardım alan bu qəzetlərə bu dəfə pul ayrılmayıb. KİVDF rəhbərliyi də bu barədə bir kəlimə ilə olsun, izahat verməyib. Yəqin ki, ehtiyac duymayıb!



Gundemxeber.Az azpolitika.info-ya istinadla bildirir ki, "Kaspi" qəzeti və onun rusca əlavəsi Prezidentin keçmiş köməkçisi, uzun illər hakimiyyətin media siyasətinin icrasını həyata keçirən Əli Həsənovun ailə üzvlərinə məxsusdur. Təsisçisi və baş redaktoru Əli Həsənovun xanımı Sona Vəliyevadır. Elə dünən Sona xanım, ardınca da Əli Həsənov kollektivin narazılığını dəstəkləyərək KİVDF-nin qərarına sərt təpki göstəriblər. "KİVDF-nin “Kaspi” qəzetini dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarması bütövlükdə bizim kollektivə qarşı ədalətsiz qərardır. Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub. Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir...", - S.Vəliyeva “Feysbuk” səhifəsindən paylaşdığı açıqlamasında qeyd edib.
Keçmiş köməkçinin həyat yoldaşının dediklərinin şərhinə və bəyanatının davamına qayıdacağıq, çünki təsisçi olduqca mühüm mətləblərə toxunub. Hələlik Əli Həsənovun özünün dünənki açıqlamasının bəzi məqamlarına nəzər yetirək.
"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?”, - keçmiş köməkçi sərt şəkildə sual edir və "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının “məntiqini anlamadığını” əlavə edir.
Əli Həsənov məsələni araşdırdıqlarını bildirir: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət ediblər".
Əli Həsənov düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyiyalnız müsbət qərar (!) qəbul edə bilər.

Ümumiyyətlə "Kaspi" qəzeti ilə bağlı KİVDF-nin qərarına gəldikdə, əvvəla Fond, ildə yarım milyon manata qədər pul ödədiyi qəzeti maliyyələşdirməkdən hansı səbəbə görə imtina etdiyini açıqlamayıb. Bu, ən azı qəzetin kollektivinə, ümumiyyətlə media ictimaiyyətinə qarşı hörmətsizlikdir. Nə baş verib ki, 2006-ci ildən davamlı olaraq ən yüksək səviyyədə dövlət dəstəyi alan media orqanı birdən-birə siyahıdan kənarlaşdırılır? Bu qərarın qəzetin təsisçiləri ilə bağlı baş verənlərlə əlaqəsi varmı? Yaxud, KİVDF rəhbərliyindən bu qəzetə yardımın dayandırılması tələb olunubmu? Fond rəhbərliyi bu sualara cavab verməyə borcludur.
Bununla belə "Kaspi" qəzetinin fəaliyyətini və lazımlılığını çox da şişirtməyə dəyməz. O, müəyyən layihələri ilə digər nəşrlərdən yaxşı mənada fərqlənsə də, ümumilikdə oxucu kütləsinin axtarıb pul verdiyi nəşr deyil. Çap mediası tamamilə KİVDF-nin nəzarətinə keçdikdən sonra bu qəzet də başqaları kimi olan-qalan oxucularını itirib. Satış demək olar yox səviyyəsindədir, amma təsisçilərin inzibati gücü, əlaqələri hesabına üç min tirajla abunə yolu ilə yayılıb. Bu işdə təsisçilərə məxsus"Azərmətbuatyayım" firması da müstəsna rol oynayıb.
Sona Vəliyevanın bəyanatından görünür ki, dövlət dəstəyinin kəsilməsi ilə 100 nəfər kollektivi olan (Kollektivin Prezidentə müraciətində bu rəqəm ümumilikdə 50 göstərilmişdi, Sona xanım 100 nəfərdən söhbət açır -müəll.) qəzet bağlanacaq, jurnalistlər işsiz qalacaq. Təsisçi ümid edir ki, Prezident və Birinci-vitse-prezident buna imkan verməyəcəklər, tarixi ənənələri olan, "üç əsrin" qəzeti yaşayacaq. Bunu ancaq ölkə rəhbərliyi edə bilər. Amma sual olunur: Hörmətli Əli Həsənov, Sona Vəliyeva dövlət dəstəyi olmadan bunu edə bilməzlərmi? Maddi imkanları çatmazmı, bu tarixi ənənələri olan qəzeti yaşatmağa? Sona Vəliyevanın bəyanatında bu barədə bir neçə cümlə var: "Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki, zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın". Sona xanım göstərir ki, qəzetin yaşaması üçün fədakarlıq etməyə hazırdırlar, amma bu iztirablı yolun ağırlığı maaşsız, qonorarsız çalışacaq kasıb jurnalistlərin çiyinlərinə düşəcək. Burası aydındır, bəs "Kaspi" təsisçilərinin məhrumiyyəti nədən ibarət olacaq? Sona Vəliyevə bunu aydınca ifadə edib:təsisçilikdən imtina edə bilər!...
Bəyanatdan göründüyü kimi, təsisçi ölkə rəhbərliyindən pul, qəzetin kollektivindən isə könülü məhrumiyyət, fədakarlıq umur. Bəs bütün qazancı, sərvəti, nəhəng biznesi dövlətin media siyasətindən çıxmış Əli Həsənovun özü niyə tarixi "Kaspi" qəzeti, onsuz da qəpik-quruşa işlətdikləri jurnalistlər üçün çiynini yükün altına vermək istəmir? Bu ailənin biznes imperiyası, nəhəng gəlirləri, əllərində olan milyonluq mülklər hamıya məlumdur. Məsələn, elə "Kaspi" qəzetinin redaksiyasının yerləşdiyi nəhəng binanın onlarla media orqanı, şirkət, o cümlədən KİVDF-nin timsalında dövlətə yaxşı qiymətə icarəyə verilməsindən əldə olunan babat gəlirin cüzi hissəsini qəzetin nəşrinə xərcləmək olmazmı?Yaxud, milyonlarla dövriyyəsi olan "Xətai" estetik klinikasının, ölkədə özəl təhsil bazarında ən böyük payçılardan olan "Kaspi" Təhsil Şirkətinin nəhəng dövriyyəsindən 10-15 min manat qıymaq mümkün deyilmi? Yoxsa vaxtilə reklam bazarından axıdılıan irimiqyaslı vəsaitlərin ünvanı olan "Xəzər" telekanalının bu cüzi vəsaiti ödəmək imkanı yoxdur? Başqa bilinən və bilinməyən gəlirlərə sahib olan, məmur oliqarxiyasının sıralarında önəmli yer tutan milyonçu ailə niyə öz qəzetini saxlamaq istəmir? Bu işi elə cənab Həsənovun hamıdan çox və tez-tez vurğuladığı "Prezidentə, dövlətçiliyə sədaqətli xidmətin" real bir nümunəsinə çevirmək olmazmı? YOXSA BU “SƏDAQƏT” CƏMİ 20 MİN MANATIN AĞIRLIĞINA DÖZMƏYƏRƏK, ÇAT VERDİ?!

Təsisçilərin əsas iradı, qəzəbi KİVDF rəhbərliyinə qarşı yönəlib. Bu təşkilatın idea müəllifi, onu yaradan, formalaşdıran şəxs Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Fonda Vüqar Səfərlinin sədr təyin olunması da onun təklifi ilə baş tutub. Qurumun faktiki idarəçiliyi - vəsaitlərin, yardımların, mükafatların, mənzillərin bölünməsi, xarici səfərlərin təşkili, orada kimlərin iştirak edəcəyinə qədər hər şey hörmətli Əli müəllimin nəzarətində olub. İndi onun xanımı Sona Vəliyevanın dönüb keçmiş işçisinə qəzəblənməsi başadüşülən deyil. Onlar bilmirlər ki, bu qərar niyə, hansı səbəbdən verilib, onu dəyişmək müşkül məsələdir? Əlbəttə bilirlər, amma Fondun son qərarında o qədər ziddiyətlər, günün tələbi ilə uyuşmayan məsələlər var ki, görünür, onlardan yapışmaqla etirazı pərdələmək daha asan gəlib. Sona Vəliyeva bəyanatında Fondun 14 il davam edən effektsiz xərcləmələrini bu şəkildə qınayıb: "Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, Prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər". Bu fikirlərlə Sona xanım “Kaspi”nin maliyyələşdirilməsinin dayandırılması qərarının Prezidentə məxsus olduğunu iddia edir. Amma ardınca da bu qərara etiraz edir. Təsisçi KİVDF-dən əvvəl ad çəkmədən "bu addımı atan məmurlar" ifadəsi işlədir. Bu məmurlar kimlər ola bilər, onlar harada əyləşirlər? Əlbəttə, başqa ünvan axtarmaq mənasızdır, söhbət Əli Həsənovun ötən ilin dekabrında tərk etdiyi Prezident Administrasiyasında medianı kurasiya edən şəxslərdən gedir. Hələlik strukturlar tam formalaşmadığından onların adları, fəaliyyətləri cəmiyyətə məlum olmasa da, görünür, Sona xanım onları yaxşı tanıyır. Ona görə qəzəbinin bir hissəsini bu istiqamətə yönəldib ittihamlar yağıdırır.
İkinci qınaq ünvanı KİVDF rəhbərliyidir, konkret ifadə olunur ki, Fond "Kaspi"-ni bağlanmağa məcbur edir, amma heç bir tarixi və ənənəsi olmayan qəzetləri yaşadır. Bununla qurumun fəaliyyətinə əslində yaxşı qiymət verilir. Amma bir mühüm nüans əlavə olunmur: heç bir tarixi və ənəsi olmayan qəzetləri yağ-bal içində üzdürən KİVDF, Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıd olan, müstəqil jurnalistikanın məktəblərini də siyahıdan kənarda qoyub. Onlar Əli Həsənovun həyata keçirdiyi media siyasəti nəticəsində artıq çoxdan media məkanında yoxdurlar. Sona xanımın KİVDF ilə bağlı dediyini böyük etiraflar adlandırmaq olar. Çünki 14 ildə Fondun işi cəmiyyətin maraqlarına xidmət edən peşəkar, vicdanlı, müstəqil medianı sıxışdırıb onların yerinə gərəksiz, makulaturadan başqa heç nəyə yaramayan nəşrələri maliyyələşdirmək, elementar jurnalistika bacarığı olmayan redaktorları varlandırmaqdan ibarət olub. Dövlətin milyonlarla vəsaiti israf olunub, ondan nə hakimiyyət, nə cəmiyyət heç bir fayda görməyib.
Bununla belə, KİVDF-nin son maliyyə bölgüsü göstərdi ki, bu "ənənələr" hələ də yaşayır. Bilavasitə dövlətin media siyasətindən başlayan islahatlar bu qurumdan yan keçib. Pul bölgüsündə, Sona Vəliyevanın ifadə etdiyi kimi, heç bir əhəmiyyəti olmayan nəşrlər başda əyləşdiriliblər. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) orqanı, əsas fəaliyyəti dövlət agentliklərinin rəsmi məlumatlarını kopyalayıb səhifələrinə yerləşdirməkdən ibarət olan"Yeni Azərbaycan" qəzetini götürək: Bu qəzetə ayda 20 min manat pul veriləcək, bu, ildə 240 min manat edir. Bu vəsaiti niyə YAP yox, dövlət ödəməlidir? Hakim partiya ötən il elan edib ki, 9 milyon manat vəsait toplayıb. Bu nəhəng rəqəmdən qəzetə 240 min manat vermək çoxmu müşkül məsələdir? Yaxud, 750 minlik YAP ordusunun 2-3 faizi öz qəzetlərini niyə almaq istəməsin ki? Bu iş təşkil olunsa, rəhbərlik də səxavətli olsa, "Yeni Azərbaycan"-nın kollektivi yaxşı maaş, qonorar alar. Eyni qaydanı hakim partiyanı müdafiə edən "Səs" qəzetinə də aid etmək olar. Ölkənin birinci partiyasının cəmi iki qəzeti yaşatmağa imkanı yoxdursa, bu qəzetlərdən imtina olunmalıdır. Onsuz da oxucu onlardan çoxdan imtina edib.

İctimaiyyət Vüqar Səfərliyə məxsus olan, adı yardım siyahılarının başında duran "Mövqe" qəzeti ilə bağlı səxavətin səbəbini də sorğulayır. Nəyə görə, hansı meyarla, hansı xidmətlərinə görə, bu redaksiya dövlətdən ən böyük pay alır? Bircə cavab var - Fond rəhbərliyinin qəzetidir, ona görə. Və bu cümlənin bütün ifadəsi KİVDF-də korrupsiyanın səviyyəsini göstərir.
Ötən ilin sonunda həyata keçirilən struktur və kadr dəyişiklikləri media siyasətində də yeniliklərin olacağına dair ümidlər yaratmışdı. Gözləntilər vardı ki, KİVDF-nin qıcıq doğuran, ədalətsiz, qeyri-şəffaf bölgülərinə, müsabiqələrinə son qoyulacaq, həqiqi inkişafı stimulladıracaq addımlar atılacaq. Amma təəssüf ki, fevralın 2-də məlum oldu ki, hələlik media ictimaiyyəti KİVDF rəhbərliyi ilə Əli Həsənov arasındakı pul çəkişməsini izləməli olacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun BBC News-a verdiyi müsahibə “Gündəm Xəbər”də ifşa olundu

    Əli Həsənovun BBC News-a verdiyi müsahibə “Gündəm ...

    5-02-2020, 18:42

  • 
  • Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

    Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb ...

    21-07-2019, 10:56

  • 
  • Əli Həsənovun camaşırxanası

    Əli Həsənovun camaşırxanası ...

    13-12-2012, 12:40

  • 
  • “Kaspi Liseyi”nin həbsdə olan işçilərindən Həsənovlara şok ittiham

    “Kaspi Liseyi”nin həbsdə olan işçilərindən ...

    12-09-2019, 20:49

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu