GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BDU bir xanımın əlində oyuncağa çevrilib?

BDU bir xanımın əlində oyuncağa çevrilib?

Tarix: 21-02-2020, 18:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 9 156
BDU bir xanımın əlində oyuncağa çevrilib?


Ötən il yaranmasının 100 illiyi tamam olan BDU-nun həyatında həm də rektor dəyişikliyi ilə yadda qaldı. 19 il universitetin rektoru vəzifəsini tutan Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Təhsil nazirinin müavini Firudin Qurbanov bir müddət rektor əvəzi kimi təhsil ocağına rəhbərlik etdi.

Mart ayında dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev BDU-ya rektor təyin edildi. Təbii ki, yeni rektorun təyinatından sonra universitetin həyatında dəyişikliklərin olacağı gözlənilən idi və bu baş verdi. Ölkənin ən nüfuzlu ali təhsil ocağında baş verən dəyişikliklər isə əsasən kadr dəyişiklikləri ilə xarakterizə olundu. Belə ki, E. Babayev yaxınlarını BDU-da mühüm postlara gətirməklə qohumlarından və yaxın adamlarından ibarət komanda formalaşdırdı. Bu təyinatlar zamanı onların hansı kriteriyalara cavab verməsi elə də ciddi əhəmiyyət daşımadı. Onun kürəkəni, həyat yoldaşının baldızı, digər qohumları BDU-da yüksək vəzifələrlə “mükafatlandırılıblar”. Əvvəlcə BDU-nun yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradıldı və həmin vəzifələrə təyinatlar oldu. Əliş Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edildi. Qeyd edək ki, keçmiş polis əməkdaşı olan F.Heydərov rektorun yeznəsidir. E.Babayev daha bir yaxın adamını – Ləman Hüseynbəylini isə özünə köməkçi və ümumi şöbəyə müdir təyin edibdi. Ə.Ağamirzəyev indi Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə qədər yüksəlib.

Ümumiyyətlə, E.Babayevin pedaqogika ilə yaxından-uzaqdan bağlılığının olmamasını aktualxeber.az-a bildirən mənbəmiz yeni rektorun tələbə və müəllim heyəti ilə ciddi problemlərinin yarandığını, qarşılıqlı münasibətlərin normal qurulmadığını söyləyir. BDU-da ciddi narazılıqların yarandığı, rektorun əməllərinin etirazlarla qarşılandığı da bildirilir. Rektor təyin olunana qədər Elmin İnkişafı Fondunun icraçı direktoru işləyən Elçin Babayevin 100 yaşlı ali təhsil ocağına gəlişi böyük ümidlər doğurmuşdu. Ən azından rəhbərlik etdiyi fondun adından yararlanaraq BDU-da elmin inkişafına yardım edəcəyi gözlənilirdi. Lakin, ötən müddət ərzində BDU-də baş verən dəyişikliklər ancaq kadrların yerdəyişməsi kimi xarakterizə oluna bilər. Verilən məlumatlara görə “kadr islahatları” adı altında uzun illər universitetdə çalışan insanlar kütləvi şəkildə işdən azad olunublar. Əvəzində isə ümumiyyətlə təhsilə yaxından-uzaqdan bağlılığı olmayan insanlar BDU-da yüksək postlara gətirilib. Təsəvvür edin ki, əvvəllər Dənizkənarı bulvar idarəsində işləmiş yaxın adamını BDU-da yüksək posta təyin edib. Köhnə komandadan isə yalnız Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva və keçmiş prorektor, indi isə rektorun elm və təhsil üzrə müşaviri olan Aydın Kazımzadə qalıb.

Bu yaxınlarda tanınmış təhsil eksperti, millət vəkili seçilmiş Etibar Əliyev Təhsil naziri Ceyhun Bayramova müraciət edərək yeni rektoru kəskin tənqid etmiş, onu “trol şəbəkəsi” yaratmaqda ittiham edərək BDU-da baş verən qohumbazlıq və anarxiyaya son qoyulmasına çağırmışdı. Onu da qeyd edək ki, yeni kadrlar kimi təqdim olunan rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və Tədris hissə müdiri Elçin Məmmədovun adları cəmiyyətə yaxşı tanışdır. M. Mirzəyev Maliyyə Nazirliyi sistemində maxinator idarə rəisi kimi yadda qalmışdır. E. Məmmədov isə BDU-da Abel Məhərrəmovun qara kassirlərindən biri olmuş və ikinci ali təhsildən yığılan pullara birbaşa nəzarət etmişdir. E.Babayev onu keçmiş komanda və görülən qara işlər barədə məlumat almaq məqsədilə komandasına daxil etmişdir.

Bir maraqlı məqamı qeyd edək ki, vaxtilə Elmin İnkişafı Fondunun baş məsləhətçisi işləmiş Ləman Hüseynbəyli bu gün BDU-da əsas söz sahibidir. Elçin Babayevin sağ əli olan bu xanımın əlindən BDU-da dad edirlər. Demək olar ki, 100 illik ali təhsil ocağını bu xanım idarə edir və bu da universitetdə ciddi narazılıq doğurur. Onun razılığı olmadan rektor heç bir işə qol qoymur, hətta onun razılığı olmadan işçiləri belə qəbul etmir. Həmin xanıma rektorun bu qədər səlahiyyəti niyə verməsi isə başqa bir məqalənin mövzusudur. Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar ciddi tədbirlər görəcək və BDU öz keçmiş nüfuzunu bərpa edəcəkdir.
Bir qədər bundan əvvəl Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev redaksiyamıza zəng edərək Dövlət Təhlükəsizliyi Xidmətinin adıyla əməkdaşımızı təhdid etmişdir. Bununla bağlı redaksiyamız tərəfindən Prezident Administrasiyasına, Birinci vitse-prezidentə, Baş Prokurorluğa, DTX-ya və Təhsil Nazirliyinə rəsmi müraciət etmişdir. Hələlik onların cavabını gözləyirik və növbəti tənqidi məqaləmizdə bu barədə söhbət açacağıq.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb – FOTO

    Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin ...

    24-12-2018, 16:28

  • 
  • Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv olunmayacaq - BDU-nun rektoru Abel Məhərrəmov

    Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv ...

    13-08-2013, 15:09

  • 
  • BDU nazir müavininə tapşırıldı - Yeni təyinat

    BDU nazir müavininə tapşırıldı - Yeni təyinat ...

    21-12-2018, 22:43

  • 
  • BDU-nun yeni rektoru kimdir? - Dosye

    BDU-nun yeni rektoru kimdir? - Dosye ...

    11-03-2019, 17:38

  • 
  • BDU-da yeni təyinat - Kadrlar İdarəsi ona əmanət edildi

    BDU-da yeni təyinat - Kadrlar İdarəsi ona əmanət ...

    14-01-2019, 22:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu