“Uzun illər təhsil sahəsində çalışan mütəxxəsis kimi deyə bilərəm ki, ölkədə qiyabi təhsil heç vaxt ləğv olunmayacaq”. BDU-nun rektoru Abel Məhhərmov bu qənaətdədir. Onun sözlərinə görə, gələcəkdə qiyabi təhsilin forması dəyişilərək distant təhsillə əvəz olunacaq. Təhsil haqqlarına da toxunan rektor, növbəti tədris ili üçün qiymətlərinlərin artırılmadığını bildirib. Abel Məhhəmov yaxın gələcəkdə hətta ali təhsilin tamamilə pulsuz olacağını qeyd edib. Xatırladaq ki, Abel Məhhərov BDU-nun Qubada bir neçə gün öncə yanan düşərgəsinə baxış keçiririb. Rektor bildirib ki, yanan bina istimara yarasız olduğu üçün sökülməli idi. Qeyd edək ki, düşərgədə universitetin yeni təlim-tədris bazası inşa olunur. Artıq binada son tamamlama işləri gedir. Yeni binada 500 tələbə üçün eyni vaxtda həm qalmaq həm də təcrübə aparmaq imkanı yaradılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?