GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lerikin icra başçısından Prezidentə şikayət olundu – VİDEO

Lerikin icra başçısından Prezidentə şikayət olundu – VİDEO

Tarix: 24-02-2020, 11:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 775
Lerikin icra başçısından Prezidentə şikayət olundu – VİDEO


Lerik rayonunun üzdə olan tərəqqipərvər ziyalılarından biri, istedadlı qələm sahibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, təcrübəli pedaqoq, Heydər Əliyev siyasi kursunun qatı tərəfdarı, vaxtilə separatçı Ələkrəm Hümmətovun quldurları onların özbaşınalığına qarşı çıxdığına görə işgəncələrə məruz qalmış, daim əqidəsinə sadiq, prinsipiallığı ilə seçilən, Lerik rayon rəhbərliyi aparatında məsul vəzifələrdə çalışmış İlham Mürüvvət oğlu İbadovun öz haqq işi, pozulmuş mülkiyyət hüquqlarının bərpası uğrunda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla və sabiq deputat İqbal Məmmədovla mücadiləsi davam edir.

Məlum olduğu kimi, İlham İbadov bir sıra kütləvi informasiya vasitələrinə, o cümlədən, «Dəryaz» qəzetinin redaksiyasına müraciətində bildirmişdi ki, doğma rayonunda baş alıb gedən haqsızlığa, ədalətsizliyə qarşı çıxdığına görə yerli Rövşən Bağırov hakimiyyətinin qəzəbinə tuş gəlib. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazov sentyabrın 24-də Lənkəran şəhərində cənub bölgəsi rayonlarının vətəndaşları ilə görüşəndə İlham İbadov da onun qəbuluna düşüb. Cənab nazirə Lerik rayonunda vüsət alan korrupsiya hüquqpozmaları barədə tutarlı məlumatlar verib. Deyib ki, Lerik rayonu Milli Məclisin deputatı İqbal Məmmədova, onun qardaşı Çingiz Məmmədova məxsus, bu yaxında işçiləri hökumət nümaəndələrinə qarşı kobudluq etdiklərinə görə məsuliyətə cəlb olunmuş «Relax» istirahət mərkəzindən idarə olunur. İcra nümayəndələrinə natural vergi qoyulub, tapşırıq verilib ki, kənd təsərrüfatı məhsulları tədarük edib vaxtaşırı «Relax»a gətirsinlər. RİH başçısı R.Bağırov başda olmaqla rayonun aktivləri bu məkana yığışıb Lerik vətəndaşlarının vəziyyətini pisləşdirən qərarlar qəbul edirlər.

Ərizəsinə «Yutub» kanalında adığı açıq video-müraciəti də əlavə edən İlham İbadov bildirmişdi ki, ertəsi gün rayon rəhbərinin qəzəbinə tuş gəlib. Şəhərdən evə qayıdanda ona məxsus üçotaqlı mənzilin qapısının açarını dəyişdirilmiş görüb. Rayon rəhbərliyi həmin mənzilə İqbal Məmmədovun «Relax» otelində işləyən saxta imtiyazlı bir qadını yerləşdirib.



Halbuki, həmin evdə 2009-cu ilin iyul ayından yaşayan İlham İbadovun 5 nəfər rəsminin imzası ilə evi öz öhdəmə götürdüü təsdiqlənən sənəddə qeyd olunub ki, “binadakı mənzillərin orderləşdirilməsi, MİS-nin balansına verilməsi prosesi müəyən vaxt tələb etdiyindən, bu işləri tamamlananadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim edilsin».

“Dəryaz” qəzeti redaksiyası bu mövzuda məqalə hazırlayıb “Deryaz.az” saytında dərc etməklə yanaşı, İ.İbadovun haqq işinə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova məktubla müraciət edərək, adresatların yüksək diqqətini problemə yönəltməyə çalışmış, inam ifadə etmişdir ki, əyalətdə yaşanan bu insidentlə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün aidiyyati qurumlara göstəriş veriləcək və nəticə barədə redaksiyamızın məlumatlandırılması təmin ediləcək.

İlham İbadov sonradan redaksiyamıza Rövşən Bağırovun və icra başçısının göstərişçi ilə hərəkət edən üksək vəzifəli şəxslərin ona qarşı qeyri-həssas və hətta qərəzli davranışlarının tarixçəsinin xeyli əvvələ gedib çıxdığının sübutu kimi xidmət edəcək əlavə material təqdim etmişdir. Belə məlum olur ki, hazırda RİH tərəfindən əlindən alınan Lerik şəhəri H.Aslanov küçəsi – 18 ünvandakı evin birinci blokunun 2-ci mərtəbəsindəki mənzili çoxdan gözaltı edilmiş, hələ 2017-ci ilin martında aşadığı mənzilin üstündəki saxlanc yerindən ona məxsus 20 ədəd dəmir tor, 9 ədəd dəmir vedrə, 23 ədəd paslanmayan dəmir lövhələr, 17 ədəd qara dəmir təbəqələr, 200-260 ədəd 4 metrlik reykalar, 280 ədəd dam örtüyü kiramitləri və 2 ədəd alüminium su bidonu oğurlanmışdır. Təəssüf ki, rayon polisi İlham İbadovun bu fakt barədə RPŞ-nə azdığı şikayət ərizəsi üzrə yetərli araşdırmamış, istintaq şöbəsi onun əşyalarının və inşaat materiallarının oğurlanmasının təsdiqini “tapmadığına” görə toplanmış material üzrə cinayət işinin başlanılmasını rədd etmişdir.

Lerik RİH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Habil Məlikov isə İlham İbadova göndərdiyi, bu ilin yanvar ayının 15-i tarixli məktubunda onun boynuna qoymağa çalışır ki, gua mnzil komissiyası araşdırıb və onun Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev-22, mənzil – 23 ünvanda qeydiyyatda olmağını və yaşamağını, eyni zamanda mülkiyyətində Lerik şəhəri, H.Aslanov küçəsi – 10 ünvanda 0,07 ha sahədə yerləşən həyətyanı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində 1992-ci ild inşa edilmiş ümumi sahəsi 49,4 m2 olan fərdi yaşayış evinin olduğunu müəyyən etmiş və bu əsasla ona yeni inşa olunmuş kommunal binada mənzil verilməmişdir.

Məsələ burasındadır ki, hazırki Azərbaycan reallığında vətəndaşın qeydiyyatda olduğu yer heç də həmişə yaşadığı və (və ya) yaşamaq hüququnun olduğu yer olmur. Daşınmaz əmlakın (bizim misalda 23 saylı mənzilin, 49 kvadratlıq fərdi evin) hər hansı şəxsə məxsusluğunu sübut edəcək əsas sənəd ƏMDK-nin Daşınmaz Əmlakın Reyestr Xidmətindən verilən çıxarışdır (kupça). Elə isə RİH mənsubları İlham İbadovun adına çıxdıqları həmin əmlaklar üçün kupça sənədinin olduğunu sübut etsinlər.

Bundan əlavə, İlham İbadovun fikrincə, mənzil komissiyasının qərarı RİH-nə olsa-olsa onu məhkəməyə vermək üçün əsas verir, daha o evdə olmadığı vaxt mənzili qıfıllayıb sonra da açarı başqasına vermək hüququ vermir: “Bu, Rövşən Bağırov tərəfindən özbaşınalıqdır, dövlətin qanunlarına, onları təsdiqləən prezidentin sərəncamlarına tüpürmək deməkdir”.

İlham İbadov deyir ki, ona məxsus, Rövşən Bağırovun qıfılı arxasında qalan əşyaların başqası, məsələn, həmin mənzilə yerləşdirilmiş qadın tərəfindən oğurlanmayacağına, oğurlanacağı təqdirdə də rayon polisi tərəfindən cinayət işi açılacağına zəmanət yoxdur. Başına gələn başmaqçı olar. //deryaz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikin icra başçısına qarşı sərt ittihamlar

    Lerikin icra başçısına qarşı sərt ittihamlar ...

    7-12-2012, 10:43

  • 
  • Lerik icra başçısının 35 minlik qoyun sürüsü varmış

    Lerik icra başçısının 35 minlik qoyun sürüsü ...

    8-05-2014, 21:14

  • 
  • Eks-icra başçısından prezidentə müraciət: “Bu başçı barədə tədbir görün”

    Eks-icra başçısından prezidentə müraciət: “Bu ...

    7-05-2013, 11:17

  • 
  • Lerik İcra hakimiyyəti seçki qanununu kobud şəkildə pozdu - Fotofakt

    Lerik İcra hakimiyyəti seçki qanununu kobud ...

    23-01-2020, 10:40

  • 
  • Lerikdə icra başçısı məscidi sökür

    Lerikdə icra başçısı məscidi sökür ...

    6-12-2013, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu