GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuzda dövlətin pulu belə havaya sovrulub-Atəşfəşanlıq, bir paket yardım...

Tovuzda dövlətin pulu belə havaya sovrulub-Atəşfəşanlıq, bir paket yardım...

Tarix: 24-02-2020, 13:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 872
Tovuzda dövlətin pulu belə havaya sovrulub-Atəşfəşanlıq, bir paket yardım...


Dövlət başçısının siyasi iradəsi ilə başlanan islahat dalğası Tovuz rayonundan da yan keçmədi: 07 iyun 2018-ci ildə cənab prezidentin müvafiq sərəncamı ilə Məmmədov Məmməd Cahangir oğlu Tovuz Rayon İcra hakimiyyətinin başçısı təyin olundu. Bu təyinatı keçmiş icra başçısından narazı tovuzlular sevinclə qarşıladılar. Çox keçmədi ki,...

Yeni icra başçısına bəslənən və puç olan ümüdlər

Artıq Məmməd Məmmədovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinatından iki ilə yaxın vaxt ötür. Bu müddət isə bir icra başçısının fəaliyyətini dəyərləndirmək baxımından kifayət edəcək zaman kəsiyidir...
Tovuz rayonundan yenixeber.org-a daxil olan məlumatlardan və google üzərindən apardığımız araşdırmalarla belə məlum olur ki, Məmməd Məmmədovun fəaliyyəti ilə bağlı yumşaq desək birmənalı danışıb, yazmaq mümkünsüzdür.
Məmməd Məmmədovla bağlı ictimailəşən ilkin narazılıqlar onun kadr təyinatından doğdu. Mediada yer alan iddialara görə, "İcra Hakimiyyəti Aparatına baş mütəxəssis vəzifəsinə “Aptek Sahib” ləqəbli ilə tanınan Əsgərov Sahib Cahangir oğlunun təyinatı səbəbindən, bu gün Tovuzda “feodal təfəkkürü”nə malik idarəçilik, yeni yazılmamış qayda-qanunlar hökm sürməkdədir. Belə ki, bu şəxsin sahibkarları, fermerləri, iş adamlarını, sadə insanları və s. pis vəziyyətə salması da dilə gətirilir və mövzu ancaq “Aptek Sahibin” atdığı addımlarla bağlı olur".(deryaz.az)
“Aptek Sahib”dən narazılıqlar isə təbii olaraq rayon icra başçısının adı ilə bağlanır... Bundan başqa Məmməd Məmmədovun bu müddətdə gözlənilən abadlıq işlərinə, rayonda kütləvi olaraq işsizliyi aradan qaldıra biləcək istehsalat və kommersiya obyektlərinin işə salınmasına və s. imza ata bilməməsi də ümüdləri doğrultmaması kimi qəbul olunur.

Məmməd Məmmədovsayağı bədxərclik

Dövlət vəsaitinin müxtəlif adlarla, dövlət satınalamalarının xətti ilə xərclənməsində problemlərin varlığı acı bir həqiqət kimi hələ də var olmaqdadır. Bəzən büdcə təşkilatları, xüsusi ilə də Rayon İcra Hakimiyyətləri milyonlarla büdcə vəsaitini ata malı kimi pay-püş edirlər.
Problemin aktuallığı səbəbindəndir ki, ötən ilin son aylarında cənab prezident də iqtisadi müşavirədə bu mövzuda narahatlığını bildirdi. Sitat: "...Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar”.
Bu problemə toxunmağımız səbəbsiz deyil...Yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Tovuz Rayon İcra Hakimiyyətinin “Təmir Tikinti-54” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməkdaşlığından və dövlət vəsaitinin anlaşılmaz xərclənməsindən bəhs olunur. Daha doğrusu bir sıra suallara yol açan detallar sadalanır. Tovuz rayonundan yenixeber.org-a daxil olan məlumata görə Tovuz Rayon İcra Hakimiyyətinin “Təmir Tikinti-54” MMC-nə üstünlük verməsi heç də bəlli səbəblərlə bağlı deyil...
Xatırladım ki, təkcə ötən ilin sonuncu ayında tərəflər arasında üç müqavilə bağlanıb: Dekabrın 20-də bağlanan iki müqavilə ilə “Təmir Tikinti-54” MMC icra hakimiyyətini birinci dəfə 3840 manatlıq, ikinci dəfə isə 3155 manatlıq avadanlıqla təmin etməyi öhdəlik götürüb. Üçüncü müqavilə isə nə qədər qəribə görünsə də Tovuz Rayon İcra Hakimiyyətinin yeni il şənliyini təşkil etməsi ilə bağlıdır. Ötən il dekabrın 24-də bağlanmış 19500 manatlıq müqavilə ilə şirkət Tovuz Rayon İcra Hakimiyyətinin Yeni İl Şənliyinin təşkilini üzərinə götürür.
Əcəba, son illər dünyada və ölkəmizdə cərəyan edən məlum iqtisadi proseslər fonunda Tovuz Rayon İcra Hakimiyyətinin 19500 manatlıq Yeni İl Şənliyi hansı zərurətdən doğub? Tovuz Rayon İcra Hakimiyyətinin bu məbləğlə təşkil etdiyi Yeni İl Şənliyi hansı özəllikləri ilə fərqlənib? Dövlətin pulu hansı formada və hansı tədbirlərə xərclənib? Və s.
Bütün bu suallara cavab vermək Tovuz Rayon İcra Hakimiyyətinin borcudur. Hər bir tovuzlunun bunları bilmək haqqı və hüququ var. Nədən ki, söhbət bir dövlət sturukturunun dövlətin pulunu xərcləməsindən gedir. Belə də dövlət təşkilatının cəmiyyətə açıq olması, fəaliyyətinin maksimum şəffaflığı vacibdir. Bunun əksi isə şübhəli məqamları stimullaşdırır...

Tovuzda dövlətin pulu belə havaya sovrulub-Atəşfəşanlıq, bir paket yardım...


Tovuz Rayon İcra Hakimiyyətinin 19500 manatlıq Yeni İl Şənliyi ilə bağlı icra hakimiyyətinin saytında ictimailəşən məlumatlar isə bunlardır: Tovuzda da əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna daim diqqət göstərilir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon icra hakimiyyətinin məsul işçiləri rayonun bütün yaşayış məntəqələrində 300-dən çox aztəminatlı ailələrə bayram sovqatı vermişlər.
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə 31 dekabr tarixində Heydər Əliyev Meydanında saat 00:00-da atəşfəşanlıq olmuşdur.

Tovuzda dövlətin pulu belə havaya sovrulub-Atəşfəşanlıq, bir paket yardım...


Şəkildən də göründüyü kimi aztəminatlı ailələrə tam dolu olmayan paket verilir. (Paketlərin içində nəyin olması və sayının 300 olub-olması ilə işimiz yox. Həm də fotosesiyalarla). Və atəşfəşanlıq... Dövlətin 19500 manatının qarışılığında.
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.
Biz də müəyyən suallara cavab almaq səbəbindən “Təmir Tikinti-54 ” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olan şirkət haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir "izinə-tozuna" rast ola bilmədik.
İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə bu ayın 13-də Tovuz Rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədova online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu...
Satınalan təşkilat olaraq, Tender Komissiyasının formalaşmasında söz sahibi olan Tovuz Rayon İcra hakimiyyətinin sorğumuzu cavabsız qoyması təəssüf doğurduğu kimi, anlaşılan da deyil... Yuxarıda qeyd etdiyimiz kimi, bu halda Tovuz Rayon İcra hakimiyyətinin nəinki bir media orqanının sorğusuna, istənilən bir sıradan sorğuya həssas yanaşma kimi bir borcu var. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri cəmiyyətə açıq olmaq kimi bir öhdəliklərinin olmasını ya bilmirlər, ya da bilib də bilməzdən gəlirlər.
Mövzu diqqətimizdədir.

Tofiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz rayonunun icra başçısı dəyişib

    Tovuz rayonunun icra başçısı dəyişib ...

    7-06-2018, 15:45

  • 
  • Tovuzun icra başçısı vəzifəsindən istefa verdi - Yerinə oğlu gəldi

    Tovuzun icra başçısı vəzifəsindən istefa verdi - ...

    8-06-2018, 14:30

  • 
  • “Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam” – Tofiq Zeynalov

    “Nahardan qayıdanda eşitdim ki, işdən ...

    7-06-2018, 17:25

  • 
  • TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINA BİRİNCİ MÜAVİN TƏYİN EDİLİB

    TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINA BİRİNCİ ...

    28-08-2018, 20:35

  • 
  • Azərbaycanda iki rayonun icra başçısının yeri dəyişdirilib - SƏRƏNCAM

    Azərbaycanda iki rayonun icra başçısının yeri ...

    17-05-2019, 15:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu