Azərbaycanda iki rayonun icra hakimiyyətinin başçısı işdən çıxarılıb.
GundemXeber.Az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad ediliblər.
Prezidentin digər sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?