GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyinin rüşvət islahatı

Təhsil Nazirliyinin rüşvət islahatı

Tarix: 27-02-2020, 12:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 803
Təhsil Nazirliyinin rüşvət islahatı


Bir müddət əvvəl təhsil naziri təyin edilən Ceyhun Bayramovdon bir çoxları təhsilin inkişaf etdirilməsində köklü islahatların aparılmasını və eləcədə uzun illərdir bu sahədə yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılmasında mühüm addımların atılacağını ümidlə gözləyirdilər. Lakin bu ümidlər özünü doğrultmadı. Əksinə Ceyhun Bayramovun gəlişi yeni-yeni problemlərə yol açdı və eyni zamanda təhsildə rüşvət sisteminin analoqu olmayan qaydalarına gətirib çıxartdı.

Azərbaycan təhsilində hökm sürən orta və ali məktəblərdəki özbaşınalıqlar hər kəsə məlumdur. İllər uzunudur ki, bu sahədə, hər il yeni qaydalarla rüşvət hallarının artması tək tələbə və şağirdlərdə deyil, eləcədə valideynlərinin psixoloji durumuna təsirsiz ötüşmür. Şikayətlərin, narazılıqların günbəgün artmasına baxmayaraq heç bir faydası yoxdur.
Ölkə boyu minlərlə valideyini narahat edən məsələlədən biri isə Ceyhun Bayramovun daha bir gülünc doğuran qərara imza atmasıdır. Belə ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.
Gundemxeber.Az cumhuriyyet.net-e istinadla bildirir ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, bu ilin mart ayının 10-dan etibarən tədrisi Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Ancaq təhsil digər dildə, xüsusilə rus dili bölmələrində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Burda indi nə baş verir? Artıq indidən bir qrup direktor və müəllim rus dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların vəlideynlərinə müxtəlif yollarla “təkliflərini” çatdırmağa başlayıblar. Yəni bizi görməsəniz uşaqlarınız müsabiqədən keçə bilməyəcəklər. Müsabiqədən keçə bilməyən, bir sozlə hər hansı rüşvət verməyən valideynin övladı məktəbəhazırlıq qrupundan avtomatik olaraq birinci sinifə qəbul edilməyəcək. Qısası valideyin dəridən-qabıqdan çıxmalıdır ki, övladı birinci sinifə gedə bilsin. Əks halda birinci sinifə qəbul edilməyən uşağının yeri bir başqasına pulla satılacaq. İndi diqqət edin, bu unikal qayda-qanunlara görə, hər iki halda qazanan məktəb direktoru və müəllimələr olur. Təbii ki, təhsil şöbələri vasitəsilə il ərzində bu sahədən əldə edilən gəlirin bir qisminin Təhsil Nazirliyininə gedib çatmaması isə inandırıcı görsənmir.
Daha bir digər məsələ isə Təhsil Nazirliyinin təsdiq etdiyi və artıq qüvvəyə minən “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə(attestasiya) istisna olmaqla) aparılması” qaydalarıdır.
Sözügedən sənəddə deyilir ki, üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.
Burda üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.
Hazırda isə təhsil ocaqlarında “Ümumi təhsil pilləsində təhsilalanların aparılması Qaydası”nı tətbiqi bir sıra problemlərin meydana çıxması ilə nəticələnib.
Belə ki, əksər orta məktəblərdə şagirdlərə xəbərdarlıq edilmədən aparılan böyük summativ qiymətləndirmə günü soyuqladığına görə dərsə gəlməyən şagirdlərə “o” balı verilib. Buna etiraz edən valideynlərə həkimdən arayış gətirmələri tövsiyyə olunur. Ya da ki, hər hansı poliklinikada arayış üçün həkim verilən rüşvətin müəlliməyə və yaxud da direktora verilməsi məsələnin həllinə gətirib çıxarda bilir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ceyhun Bayramov Mikayıl Cabbarovun işdən çıxardığı şəxsə QUCAQ AÇDI

    Ceyhun Bayramov Mikayıl Cabbarovun işdən ...

    29-03-2019, 16:05

  • 
  • Ceyhun Bayramovun kolleclərdəki rüşvət "fırtınasından" xəbəri yoxdur?

    Ceyhun Bayramovun kolleclərdəki rüşvət ...

    30-07-2018, 14:14

  • 
  • Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - FOTO

    Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - ...

    24-08-2018, 14:50

  • 
  • Ceyhun Bayramovun kadrı barədə iddialar... - VİDEO

    Ceyhun Bayramovun kadrı barədə iddialar... - VİDEO ...

    25-04-2019, 15:00

  • 
  • Elşad İskəndərovun qayınları da işdən atılacaqmı?

    Elşad İskəndərovun qayınları da işdən atılacaqmı? ...

    7-05-2014, 09:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu