İmişli şəhər 7 saylı tam orta məktəb qəzalı vəziyyətdədir.
gundemxeber.az unikal.org-a istinadən xəbər verir ki, şəhərin M. Əsədov küçəsi, 16 ünvanında yerləşən 2 mərtəbəli ibtidai sinif korpusu yararsız haldadır. 1953-cü ildə tikilmiş binada dərs demək üçün şərait yoxdur. Valideynlər təhsil ocağının təmir-bərpa işinə ehtiyacı olduğunu bildirirlər. Yeni tədris ilinə az qalsa da şagirdlər bu istismara yararsız olan binada dərsə gəlmək məcburiyyətindədirlər.
Məsələ ilə bağlı İmişli Şəhər Təhsil şöbəsi ilə əlaqə saxladıq. Bildirilib ki, məktəbin yarasız olduğu ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırılıb.Təmirə ehtiyacı olan məktəb kimi qeydiyyatdadır. Dəqiq vaxt müəyyən olunmasa da, tam əsaslı bərpası gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?