GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT

Tarix: 3-03-2020, 13:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 911
“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


“Adı icra başçısına sui-qəsddə hallanan, həbsdə yatan keçmiş polis rəisi indi də qardaşı ailəsinə təzyiq edir”

Redaksiyamıza müraciət edən Abşeron rayonu, Saray qəsəbə sakini Ulduz Bəy Bala qızı Quliyeva həyat yoldaşının qardaşının əməllərindən şikayətçidir. Ulduz Quliyeva GundemXeber.Az-a bildirir ki, qaynı tərəfindən başladılan və uzun müddət davam edən torpaq mübahisəsi sonda indiyəcən davam edən məhkəməyə qədər gedib çıxıb .

Ulduz Quliyeva həmçinin məhkəmənin məsələ ilə bağlı ədalətsiz və qərəzli qərarından narazılığını ifadə edir:

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


“Bu müddət ərzində dəfələrlə qaynım- əvvəllər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsində işləmiş Azad Quliyev tərəfindən təzyiqlərə məruz qalmışıq.

Xatırladım ki, Azad Qəzənfər oğlu Quliyevin adı 2005-cı ildə Abşeron İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan ,hal-hazırda isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcova qarşı sui-qəsddə hallanıb. Sonradan Azad Quliyev narkotik vasitələrin saxlanılması ,saxta pulların hazırlanmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdir və altı il həbsdə yatmışdır.

Adıçəkilən cinayət hadisəsi 2007-ci ildə bir çox mətbuat orqanlarda dərc olunan rəsmi məlumatlarda öz əksini tapıb. Məsələn ,3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyindən AZƏRTAC-a daxil olan məlumatda bildirlir ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və digərləri təqsirli bilinərək həbs edilmişlər.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar rəisi Arif Aslanov o zaman Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır.

İstintaq-əməliyyat tədbirləri nəticəsində bir çoxları ilə bərabər Sumqayıt xətt polis məntəqəsinin rəisi polkovnik Azad Quliyev də saxlanılmışdır. A. Quliyevin Saray qəsəbəsindəki evində aparılan axtarış zamanı 10 ədəd 100-lük ABŞ dolları əskinası və 100 qramdan artıq heroin aşkarlanır. Fakt üzrə MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.İstintaqla müəyyən edilib ki, A.Aslanov Z.Fərəcova sui-qəsd etməsi üçün M.Ağayeva sifariş verməsi barədə bir müddət keçəndən sonra Azad Quliyevi məlumatlandırmışdır.

Amma A.Aslanovla ailəvi dost olan A.Quliyev həm də bu məlumatı hüquq mühafizə orqanlarından gizlətdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


3 ay davam edən istintaqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2007-ci ildə o cinayət məhkəməsinin 234.1,234.4.3 maddələri və 204.1-ci (saxta pul əskinaslarının satışı) maddə ilə 11 il müddətinə azadlıqdan məhrum olunmuşdur.

Maraqlıdır ki, cinayətkar əməllərinə görə həbsdə yatan Azad Quliyevin oğlu Vüsal Quliyev sonradan necəsə polis cərgələrinə qəbul olub və indiyəcən də Sumqayıtda polis sistemində işləyir”.


Ulduz Quliyeva qaynı tərəfindən başladılan torpaq mübahisəsinin tarixçəsi haqda bildirir ki, qaynatasının Sarayda 25 sot torpaq sahəsi olub:”Onun 6 sotunu qaynatam Azada vermişdi.Qalan 19 sot isə qaynanam və qaynatam rəhmətə gedəndən sonra bizim ailənin istifadəsində qalmışdı.

Həyat yoldaşım Quliyev Məmmədağa Qəzənfər oğlu və övladlarımızla birgə Abşeron rayonu ,Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 17 ünvanında yaşamışıq.Yaşadığımız ev həyat yoldaşımın ata evi olsa da ev xüsusi mülkiyyətdə olmamışdır. Həmin dövrdə evin yerləşdiyi torpaq sahəsi sovxozun balansında olmuşdur.

Həyat yoldaşımın atası Quliyev Qəzənfər Məmməd oğlu 1992-ci ildə,anası Quliyeva Xanım Ağaverdi qızı isə 2001-ci ildə vəfat etmişdir. Ailəm qeyd edilən ünvanda yaşadığı üçün həmin ünvanda yerləşən 19 sot torpaq sahəsi 2004-cü ildə "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında həyat yoldaşıma verilmişdir. 2010-cu ildə həyat yoldaşım vəfat etdi.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


Bundan sonra mən qeyd edilən torpaq sahəsinin yoldaşıma məxsus hissəsini vərəsəlik üzrə öz adımıza keçirtmişəm və mülkiyyətə dair Dövlət Reyestr Xidmətində Çıxarış əldə etmişəm. Amma bununla belə Azad qanunla bizim payımıza düşən torpağı əlimizdən almağa nail olub.Çox güman ki,məhkəmənin də ədalətsiz qərar çıxarmasında onun ,uzun zaman yüksək polis vəzifəsində işlədiyindən məhkəmə sistemində olan əlaqələri də axırıncı rol oynamayıb.

Əsas problemlərimiz həyat yoldaşım rəhmətə gedəndən sonra başladı.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


Həyat yoldaşım son nəfəsində bizi ehtiyatlandırmaq üçün dedi ki,”qardaşımdan uzaq durun”.Görünür o qardaşının nə edə biləcəyini bilirmiş.2013-ildə cəzasının 3/2 hissəsini çəkib azadlığa çıxdıqdan sonra Azad bizə qarşı aglagəlməz tələblər irəli sürdü, əvvəlcədən ona maddi köməklik etməyimizi,sonradan isə- 2015-ci ilin yay aylarında məndən 30 min manat pul vəsaiti tələb etdi.

O tələb olunan pulu verməyəcəyimiz təqdirdə bizə məxsus 19 sot torpaq sahəsini və evi bizdən istənilən hər hansı bir yolla alacagını bildirdi, “Türmədən çıxan adamam ,lazım olsa səni və oğluvu öldürəcəyəm,sizi burda yaşamağa qoymayacağam” kimi sözlərlə təhdid etdi.

Mən məcbur olub dərhal DİN-in “102” xidmətinə müraciət etmişdim.

Biz onun istədiyi qədər pulu verməyə imkanımız olmadığını ona dəfələrlə demişik.

Pul ala bilmədiyini görən Azad öz qanunsuz əməllərini davam etdirmək, bizdən hansı yolla olursa olsun pul almaq məqsədi ilə bizə qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Amma bu məsələdə də o məhkəmədə iddianı ,birinci məhkəməni saymasaq öz adından yox, bacısından etibarnamə alıb guya onun nümayəndəsi kimi çıxış edir.Halbuki reallıqda bu məsələnin başında o özü durur.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


Azad öz bacılarını da inandıra bilmişdir ki, bizi hansısa səbəblərdən incitmək lazımdır. Lakin Quliyev Azadın bacılarından biri onun əsl niyyətini başa düşərək sonradan iddiadan imtina etmişdir. Quliyev Azad bizə xüsusi mülkiyyət hüququ ilə məxsus olan 19 sot torpaq sahəsinə iddia eləməyə başlamışdır. Quliyev Azad guya ki, torpaq sahəsinə aid sənədlərin saxta olmasını, torpağın əslində həyat yoldaşımın atasına məxsus olduğunu iddia edirdi. 2015-ci ildə o bizi məhkəməyə verib torpaq sahəsini almaq istiyərkən Abşeron rayon Məhkəməsi onun əsassiz iddiasını rədd etmişdir.

Abşeron rayon Məhkəməsində (Hakim İlkin Rəcəbov) aparılmış hərtərəfli araşdırma zamanı müəyyən edilmişdir ki, Azad Quliyev iddia müddətini ötürmək ilə iddia qaldırmışdır. İddia müddəti ötdüyü üçün Abşeron rayon Məhkəməsi 06 avqust 2015-ci il tarixli 2(012)-2125/2015 sayli qətnaməsi ilə Azadın iddiasını ədalətli olaraq rədd etmişdir.

2016- ci ildə qarşı tərəf Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmadıqları üçün apellyasiya şikayəti vermişdirlər. Azad Apellasiya məhkəməsinə müraciət edir, orada öz köhnə tanışı Səyyad Qafari adlı hakimlə əlbir olaraq öz xeyrinə qərar çıxardıb bizə məxsus 19 sot torpag sahəsinin 15,2 sotunu ələ keçirdməyə, əlavə olaraq bizdən onların xeyrinə 12 min manat miqdarında "mənəvi zərər" təzminatı ödəmək qərarının cıxmasına müvəffəq olmuşdur.

“Həyat yoldaşım son nəfəsində dedi ki, çalışın qardaşımdan uzaq durun”- ŞİKAYƏT


Sumqayıt Apellyasiya Məhkəməsində hakim hakim Səyyad Qafari işi tam və obyektiv araşdırmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə apellyasiya şikayətini təmin etmişdir.Yeri gəlmişkən hakim Səyyad Qafarinin bu cür ədalətsiz qərar çıxarması birinci hal deyil.Təsüdüfi deyil ki,onun haqda mətbuatda vətəndaşlar tərəfindən çoxlu sayda şikayətlər dərc olunur,prezidentə dəfələrlə şikayət olunub.

Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Hətta ehtimal olunsa ki, iddia müddəti ötürülməmişdir, bu halda belə iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçıların anası olan Quliyeva Xanım Ağaverdi qızı 2001-ci ildə vəfat etmişdir. Qeyd edilən ünvanda isə bizdən başqa heş kim yaşamamışdır. Beləliklə həyat yoldaşım digər qardaş və bacılarından (iddiaçılardan) fərqli olaraq vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Məhkəmə bu hala heç bir münasibət bildirməmişdir. Bundan başqa qeyd etmək lazımdır ki,qarşı tərəf qaynanamın adına olan, digər yerdə yerləşən 10 sot bir, 15 sot da bir torpaq sahəsinin (cəmi 25 sot) 21 sotunu bizim xəbərimiz olmadan satıb , 4 sotunu isə Azadın oglu Quliyev Vüsalın adına kecirilib, halbuki orda vərəsə kimi bizim payımız var. Apellyasiya məhkəməsində və Ali Məhkəmədə isə bu da nəzərə alınmamışdır.

Ümumiyyətlə məhkəmə işi tam və obyektiv araşdırmamışdır. Məhkəmə iddianı tam şəkildə təmin etməklə bir neçə rəsmi sənədi etibarsız hesab etmişdir. Məhkəmə hətta mənim adıma verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bizə verilən çıxarışı da etibarsız hesab etmişdir. Məhkəmə qətnaməsi ilə digər sənədlər ilə yanaşı daşınmaz əmlakın Dövlət Reyestrinden verilmiş 08.08.2012-ci il tarixli çıxarış da etibarsız hesab edilmişdir.

Onda belə çıxır ki,Dövlət Reyestr Xidməti bizə saxta sənəd verib.Əgər belədirsə onda niyə dövlət qurumunun həmin əməkdaşları məsuliyyətə cəlb olunmayıblar?!

Bu cür şübhəli və qərəzli məqamlar məhkəmə materillarında kifayət qədərdir və sonda onlar barəsində mənim müraciətimin fotolarını təqdim edirəm.

Konstitusiya Məhkəməsinin MK-nın 2016-cı il tarixli saylı qərarından yazdığı şikayətində bu qərarın Konstitusiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müddəalarına zidd olmasını dəlillərlə göstərsə də təəsüflər olsun ki,məhkəmə prosesi zamanı bütün bu açıq-aydın dəlillərə göz yumulub, qərar hələ də qüvvədə qalıb.

Azad Quliyevin öz mərhum qardaşının ailəsinə qarşı bu cür hərkətlər hansı huquqa, mənəviyyata, insaniyyətə sığır?Öz mərhum qardaşının ailəsinə qayğı ilə yanaşmaq əvəzinə ona düşmən kəsilmək nə dərəcədə düzgündür?!

O bildirir ki, ata yurdu davası edən insan sonradan-məhkəməni udduqdan və torpaq sahəsini artırdıqdan sonra da bununla kifayətlənməyib ərazidəki 3,8 sot ərazini başqasına satıb. Özü də torpaq sahəsini elə yerdən satıb ki,onların evinin qabağı tamam tutulub.

Hal-hazırda da evimizin girişi,pəncərəmizin qabağı Azad Quliyevin qanunsuz olaraq satdığı şəxs tərəfindən tutulub. Öz evimizə sərbəst gedib-gəlmək üçün eviminizin giriş-çıxışının açılması ilə bağlı qaldırdığımız iddiaya bu yaxınlarda Apellyasiya Məhkəməsində baxılacaq. İnanırıq ki, bu dəfə qanun bizim xeyrimizə qərar çıxaracaq.

Azad Quliyev haqsızlıq edərək bizi məhkəməyə verdi,hansı yollarsa məhkəmənin onun xeyrinə qərar çıxarılmasına beləliklə bizə məxsus olan torpaq sahəsinin əlimizdən alınmasına,bizim ona pul təminatı ödəməməsi qərarına nail oldu. Amma bu adam indi də bizdən əl çəkmir,allahsızlıq edib bizə qarşı düşmənçiliyini davam edir.Əlimizdə olan kiçik bir ərazidəki evimizə belə gəldikdə bizi təxribata cəlb edir,öz evimizə gediş-gəlişimizə, bu evdə yaşamağımıza hər cür vasitələrlə mane olmağa çalışır,bu yeri də bizə çox görür. Əgər məqsəd torpağı əlimizdən almaq idisə o buna nail olub hələki.

Belə çıxır ki,onun əsas məqsədi düşmənçilikdən, prinsipdən,bizə pislik etməyə çalışmaqdan başqa bir şey deyil.

Bütün bu haqsızlıqlara rəğmən ümid edirəm gec-tez haqqı-ədalət öz yerini tapacaq,bizim mülkiyyət hüququmuz sonda bərpa olunacaq.Və bunun üçün biz lazım olan bütün qanuni addımları atacağıq”.

Ulduz Quliyeva

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun yalanları

    Eldar Əzizovun yalanları ...

    25-04-2013, 11:11

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17

  • 
  • Keçmiş icra başçısının qardaşı işdən çıxarıldı - Rəisi isə polis orqanlarından qovuldu

    Keçmiş icra başçısının qardaşı işdən çıxarıldı - ...

    11-08-2017, 16:35

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Şəmkirin yeni başçısı kimdir?

    Şəmkirin yeni başçısı kimdir? ...

    9-10-2014, 03:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu