Məlumatı öz facebook səhifəsində paylaşan, araşdırmaçı jurnalist Cavanşir Həsənli əldə etdiyi materialı belə təqdim edib.
Həmin material GundemXeber.Az-ın çoxsaylı oxucularının marağını cəlb edəcəyini düşünüb, yazını olduğu kimi təqdim edirik: ''Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisir. Onun 4 həmtəsisçidən biri olduğu "İNVEST-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.
Orxan Allahverdiyev həmçinin 2008-ci ilin sentyabrında qeydiyyatdan keçmiş və FƏTƏLİXAN XOYSKİ PR, ev 113, mən 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.
Orxan Allahverdiyevin sahibi olduğu 3-cü şirkət - "AMİRAS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.
Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, ilyarım əvvəl Xaləddin Isgəndərovun yerinə təyin edilib.''
Sorğu
Yeni dizaynımız necədir?