Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır. Məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir. Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?