Qazax rayon Qaymaqlı kənd sakini Qasımov Məhəmməd İbrahimxəlil oğlu ölkə rəhbərliyinə müraciət edib. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“SOCAR Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm.Bu məktubu mən və mənim kimi bu idarədə xidməti müqavilə ilə işləyən işçilər tərəfindən yazıram. 4 ildi bu idarədə işləyirik 288 azn aklad maaşa qol çəkib 238 azn maaş alırdıq. Mart ayından etibarən maaşımız daha da azalaraq 205 aznə düşdü. Səbəb də budur ki maaşımız artmadığı halda ildən-ilə sosial sığorta və vergi xərclərimizi artırdılar. Sizcə bu nə dərəcədə ədalətlidir.Kimdir bizim haqqımızı mənimsəyənlər? Siz fərman imzaladınız ki, 250 azn-dən aşağı maaş olmasın və işçilər əmək müqaviləsi ilə işləsinlər. Bu nə özbaşınalıqdır. Sizin qərarınızı heçə sayıb öz mənafeyləri üçün aldığımız maaşa qənim kəsilənlər kimlərdir? Yaxşı maaş alıb gözüdolu yaşamaq bizim və ailələrmizin də haqqıdır.Xahiş edirik bizim müqavilənin əmək müqaviləsinə dəyişdirilməsinə və maaşımızın əsaslı şəkildə artırılmasına köməklik göstərəsiniz. Nəzərinizə çatdırırıq ki, biz 3 qurumla; Dövlət Neft Şirkəti, PSG Hüquq Şirkəti və Beynəlxalq Bankla 4 tərəfli müqavilə bağlamışıq. Dövlət Məşğulluq İdarəsi vasitəsilə də Qaz İxrac İdarəsində işə qəbul olunmuşuq. Ümumiyyətlə bunlara bildirmək lazımdır ki,bizi xidməti müqavilə ilə fərdi sahibkar kimi 4 ildir bu qarışıq sistemlə niyə hələ işlədirlər? Başqa idarələrdə bizim kimi Məşğulluqla gələnlərin hamısı əmək müqaviləsi ilə işləyirlər. Ümid edirik ki,bizim bu problemlərin tez bir zamanda həlli üçün köməklik edəcəksiniz” (teref.az). Dia.az xatırladır ki, SOCAR Qaz İxrac İdarəsinə "Azəriqaz"ın sabiq rəhbəri Əkbər Hacıyev rəhbərlik edir və görünəni odur ki, Hacıyev cənabları "Azəriqaz"dan gedəndən sonra da bekar durmur və artıq narazılıqlar da yaratmağa başlayıb...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?