Bizə çətin günlərdə xalqının yanında olmayan səhiyyə naziri lazım deyil.
Hazırkı şəraitdə Səhiyyə Nazirliyi Azərbaycanda 1 nömrəli nazirlik, səhiyyə naziri də ən çox məsuliyyət götürən şəxs olmalıdır. Koronavirus pandemiya elan edildikdən sonra qarşıda duran həlli vacib birinci vəzifə Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunması olmalıdır. Hər kəs bu məqsədə xidmət etməli və buna nail olmaq üçün çalışmalıdır. Səhiyyə naziri bütün tədbirlərdə öndə olmalı, televiziya ekranlarından düşməməli, mətbuata açıqlamalar verməli, hərəkətləri və davranışları ilə vətəndaşlara nümunə göstərməlidir. Lakin, təəssüflər qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab vermir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərbad vəziyyətə qoyan şəxsin bu sistemə rəhbərlik etməsi yolverilməzdir. Eyni zamanda belə çətin günlərdə xalqın yanında olmayan səhiyyə naziri kimə lazımdır. Odur ki, səhiyyə nazirini nə qədər gec deyil istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində böyük olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxa bilməyəcək.
Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Rutgers universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?