GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Koronavirus Cəlilabad baş həkiminin İlham Əliyevə xəyanətini faş etdi -Video

Koronavirus Cəlilabad baş həkiminin İlham Əliyevə xəyanətini faş etdi -Video

Tarix: 17-03-2020, 20:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 674
Koronavirus Cəlilabad baş həkiminin İlham Əliyevə xəyanətini faş etdi -Video


Azərbaycanda səhiyyənin məhv edildiyini, üz qarasına çevrildiyini bar-bar bağırmağımıza baxmayaraq, eşidilməyən bu səsləri növbəti dəfə koronavirus eyforiyası duydurdu – Cəlilabadda…

Gundemxeber.Az bildirir ki, reportyor.info-nun verdiyi məlumata görə, İranda yayılan bu epidemiya üzündən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantinə alınan şəxslərin məlum video görüntüləri olmasaydı, bəlkə yenə də ölkə rəsmilərini səhiyyənin nə günə qoyulduğuna inandırmaq olmazdı.

Xüsusən də Cəlilabad səhiyyəsinin qanqrena verdiyini dəfələrlə yazmağımıza, çoxsaylı videofaktlar, şikayətlər təqdim etməyimizə, baş həkim İlham Əliyevin qanunsuz hərəkətlərini, tenderlərdə silinən vəsaitləri faktlarla diqqətə çatdırmağımıza rəğmən, heç bir ölçü götürülmürdü. Necə deyərlər, naziri Oqtay Şirəliyev olan səhiyyənin Cəlilabaddakı xəstəxanasının başına da külüm olar!

Amma ən azından prezidentin ad-soyadını daşıdığına görə məsuliyyət hissi keçirməli olan Cəlilabad RMX-nın baş həkimi İ.Əliyev mediada, sosial şəbəkələrdə 10 milyonun izlədiyi həmin kadrlardan sonra istefa verməliydi.

Çünki prezident İlham Əliyev koronavirus təhlükəsindən qorunmaq üçün müvafiq tapşırıqlar verir, karantin zonası yaradılır, İranla sərhəd bağlanır, hər yerdə dezinfeksiya işləri aparılır, adaşı olan Cəlilabadın baş həkimi isə RMX-da insanlara müsibət yaşadır.

Özü də bu müsibət ilk dəfə deyil, baş həkim hələ koronavirus söhbətlərindən çox-çox vətəndaşların qəniminə çevrilmişdi.

Rayon sakinlərinin Səhiyyə Nazirliyinin qapılarında qalması, baş həkim tərəfindən qovulmaları, pulu olmayana baxılmaması çoxdan var idi.

Sadəcə, rüşvətin dostu olan İ.Əliyevin Cəlilabad səhiyyəsini hansı günə salmasını bu dəfə sübut etməyə ehtiyac olmadı, koronavirusa görə karantinə alınan vətəndaşlarımızın çəkdikləri dəhşətli bir dramı ortaya qoydu – xəstəxanada şərait yox, baş həkim yoxa çıxıb, onlara tibbi ləvazimatlar, maskalar, baxillər, spirtlər verilmir, sanki bir gestapo kampında girov saxlanılırlar.

Bununla belə, Cəlilabadın baş həkimi tükünü tərpətmədi, əhvalını pozmadı, işinə davam elədi. Axı nazir Şirəliyev ondan heç nə tələb etmir…

***

Təqdim edəcəyimiz video süjetlərə baxanda da elə məlum olur ki, Cəlilabad sakinləri baş həkimin əlində əsir-yesir qalıblar, nazirlik isə onların müraciətlərini eyninə almır.

Şirəliyev hansı xəstəyə sahib çıxıb ki?! Əgər Mehriban Əliyevanın xeyirxahlığı, Heydər Əliyev Fondunun qayğısı olmasaydı, bu ölkədə xeyli sayda tanınan-tanınmayan, müalicəyə, əməliyyata, təcili ölkə xaricində müayinəyə ehtiyacı olan insanlarımız tələf olmuşdu. Bir ölkədəki səhiyyə naziri müalicə üçün Almaniya klinikalarına yollanır, onda vay halımıza…

Odur ki, Cəlilabadın baş həkimi rayonda “meydan sulayır” və koronavirusla bağlı üzə çıxan görüntülər hər şeyi açıb-ağartdı.

Bütün bunları isə rayon sakinlərindən biri yaxın keçmişdə həyəcan təbili çalaraq söyləyirdi. Baxacağınz görüntülərdə o, vətən üçün sağlamlığını itirdiyini, əsəb-sinir, revmatizm xəstəliklərindən əziyyət çəkdiyini bildirir.

Onun sözlərinə görə, övladı cəbhə xəttində xidmət edir, amma Cəlilabadın baş həkimi İlham Əliyev bunların heç birinə qiymət qoymayaraq, onun pulsuz müalicəsini təşkil eləmir. Halbuki, dövlət xəstəxanasında tibbi xidmət ödənişsizdir.

Vətəndaş deyir ki, ondan 5 min manat tələb edilib. Baş həkimi rüşvətxorluqda, onu döydürməkdə ittiham edən rayon sakini deyir ki, Cəlilabad səhiyyəsi “qan qusur”.

Baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Eyni üsyanı digər cəlilabadlı Saleh Əsgərov edir. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya üz tutan şikayətçi nazirliyin qarşısında dayanaraq video müraciətində bildirib ki, Cəlilabadın baş həkimi onu polisin gücünə qapıdan qovub.

S.Əsgərova nazirlikdən kağız verilib ki, oğlunun müalicəsi ilə bağlı Cəlilabad RMX-nın baş həkiminə təqdim eləsin. Amma baş həkim İ.Əliyev həmin arayışı əlinə alan kimi onu cıraraq vətəndaşın üzünə çırpıb.

Yəni, sənin də, övladının da canı mənim vecimə deyil. S.Əsgərovun oğlu ağciyər, burun-boğaz xəstəliyindən əziyyət çəkir, müalicəsi üçün maddi imkanı çatmır.

Baş həkim isə nazirlikdən gələn kağızı heç oxumayıb, cırıb atıb, vətəndaşı nazirliyə şikayətə getdiyi üçün hədələyib, polis çağıraraq qapısından qovub.

Kasıb bir fəhlə olduğunu söyləyən S.Əsgərov gücsüz, imkansız vəziyyətdə qaldığını, prezidentin onun müraciətinə reaksiya verəcəyini gözləyir.

Onun dediyinə görə, Cəlilabad RMX-da müalicə almaq şəraiti var, sadəcə, pulu yoxdur. Rayon xəstəxanası isə ondan pul istəyib. Bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.Yəni, baş həkim Cəlilabad səhiyyəsinin baş rüşvətxorudur.

***

Bunu Reportyor.info-nun iki il qabaq apardığı araşdırmalar, real faktlar, tender “əməliyyatları”ndakı mənimsəmələr də təsdiqləyir.

Belə ki, sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinə “İnşaat-31” MMC-yə 53927.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Cənub Tibbi Təchizat MMC Avadanlıqlar 76424.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Miraj Mebel MMC İnventarlar 73725.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sey.A MMC Dəftərxana və təsərrüfat malları 62261.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası İnşaat-31 MMC Cari təmir işləri 40705.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Xəzər FD MMC Digər maşın və avadanlıqlar 37147.00

Cəlilabad Rayon Mərkəzi XəstəxanasıXəzər FD MMC Yumşaq inventarlar 41428.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Digər nəqliyyat xidmətləri 9050.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası F/Ş: Abbasov Musa Şahin oğlu İdarənin digər xərcləri üzrə 32251.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Mətbəə blankları 6540.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sözün İşığı MMC Ciddi uçot blankları və kitablar 4488.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Azmedstat MMC Tibbi forma və jurnallar 6480.00




Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QAX RAYON MƏRKƏZI XƏSTƏXANASINDA BIABIRÇILIQ: XƏSTƏLƏRDƏN BELƏ RÜŞVƏT ALINIR - VIDEO

    QAX RAYON MƏRKƏZI XƏSTƏXANASINDA BIABIRÇILIQ: ...

    25-09-2019, 14:26

  • 
  • Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: Həkim rüşvət alarkən görüntüləndi (VİDEO)

    Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: ...

    3-07-2019, 16:31

  • 
  • Cəlilabadda azyaşlının avtomobillə vurulduğu anın dəhşətli görüntüləri - VİDEO

    Cəlilabadda azyaşlının avtomobillə vurulduğu anın ...

    6-02-2020, 16:23

  • 
  • Cəlilabad sakini satılmayan kartofuna belə mərsiyə oxudu - Video

    Cəlilabad sakini satılmayan kartofuna belə ...

    19-12-2016, 00:18

  • 
  • Cəlilabaddakı "İran bazarı"ında baş vermiş yanğın söndürülüb -  YENİLƏNİB - 2

    Cəlilabaddakı "İran bazarı"ında baş ...

    21-06-2017, 20:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu