“Hesablamalar göstərir ki, Azərbaycan neftinin orta qiyməti 40 dollardan aşağı olarsa tədiyə balansının cari hesabında kəsir yaranır. Bu o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki, yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb. Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.”
Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb.
Yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb. Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb. Qubad İbadoğlu, iqtisad elmləei doktoru
O hesab edir ki, növbəti ay ərzində də Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın.
“Valyuta bazarında artan tələbatın Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına ödəmək obrazlı şəkildə desək havaya boş yerə güllə güllə atmağa bənzəyir. Hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametlər üzrə mənfi təsir göstərir,” o qeyd edib.
İqtisadçı hesab edir ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamana bağlı məsələdir.
İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, neft bazarında qiymətlərin aşağı düşməsi tendensiyası davam esdəcək.
Bizim kifayət qədər potensialımız var. Hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur. Elman Rüstəmov, Mərkəzi Bankın sədri
“2020-ci il dünya neft bazarları üçün tarixdə ən fəlakətli il ola bilər. Bütövlükdə il ürzə xam neft təklifinin tələbi 1.3 mlrd. barrel üstələyə biləcəyi proqnozlaşdırılır - əgər yaxın aylarda koronavirus pandemiyasının qarşısını almaq mümkün olmasa. İndiyə qədər ən yüksək rekord 2015-ci ildə qeydə alınmışdı - 360 mln. barrel. Hazırda gözlənilən təklif artıqlığı son rekorddan təxminən 3.5 dəfə çoxdur,” o facebook səhifəsində qeyd edib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov yerli mediaya bildirib ki, Azərbaycanın neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırdır.
“Bizim kifayət qədər potensialımız var. Hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur. Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb,” o qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?