Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 milyard 121,4 milyon ABŞ dolları təşkil edib. Bunun 89,29%-i və yaxud 33 milyard 147 milyon dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 milyard 974,4 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb. (Qeyd edək ki, Yanvarda Mərkəzi Bankın valyuta ehtiyatları bir qədər artıb)
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 833,4 milyon dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 milyard 675,1 milyon dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 milyard 469,4 milyon dollar və yaxud 3,81% azalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?