Yardımlı rayonundan GundemXeber.Az-ın redaksiyasına olduqca ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbənin bizə göndərdiyi yazını olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
1.Masallı RMTM-nin inzibati binasının təmirinə və lazımi avadanlıqlarla təmin olunmasına ayrılan vəsaitin çox hissəsini Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov və onun Masallı RMTM-də işləyən qohumu (qızının qaynatası) Adil Quliyevlə birlikdə qanunsuz şəkildə mənimsədilər. İmkan vermədilər ki, bina effekti şəkildə tam təmir olunaraq, lazimi avadanlıqlarla keyfiyyətli şəkildə təmin olunsun. Axı bu binada işləyən işçilərin sağlamlığları işlədikləri binanın şəraitindən asılıdır. İnzibati binanın təmir işlərini və ayrılan vəsaiti üzləşdirsəniz sübuta yetiriləcək.
2.Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri bayram, şənbə və bazar günləridə daxil olmaqla iş saatından artıq işlədilir. Şənbə və bazar günlərinə aktlar tərtib olunur. Direktor Elsevər İmamyarov və direktor müavini Umud Babayev bildirir ki, kimin xoşu gəlmir işləməsin. Heç kimi məcbur saxlamırıq. Bu cümlə elə onların hansı təfəkkürə malik olmalarından xəbər verir.
3. Burada işləyən II qrup əlil şəxslərdə qanuni şəkildə gündəlik iş saatı həftənin birinci günü 8 saat, digər günləri 7 saat olsa da qanunsuz şəkildə onlar iş vaxtından artıq işlədilib. Son 5 (beş) ayın və 2019-cu ilin iş tabellərini yoxlasanız bunun şahidi olacaqsınız. Bundan başqa Nazirlər Kabinetinin qərarına əsasən II qrup işləyən əlillərə işlədiyi müəssisə tərəfindən əlavə olaraq əmək haqqının 25 % -i qədər ödənilməli olsa da bu günə kimi həmin vəsait hesablanaraq ödənilməmişdir. Bütün bunlar əlillərin işlədikləri müəssisə tərəfindən hüquqlarının pozulması deməkdir.
4.Əkin işləri iməcilik adı altında işçilərə hədə qorxu gələrək aparılır. Nazirin adından istifadə edərək Masallı RMTM-nin rəhbərliyi işçilərə hədə qorxu gələrək bütün əkin işlərini qanunsuz şəkildə həyata keçirməyə çalışır. Sovet hakimiyyəti illərində hər il aprel ayının 12-si Lenin iməciliyi keçirilirdi. İndi isə Masallı RMTM-nin rəhbərliyi hər 3 - 4 gündən bir işçilərə hədə-qorxu gələrək Lenin iməciliyi keçirir. Əkin naryadlarını yoxlasanız bunun şahidi olacaqsınız. Bu saxta naryadlarda göstərilən iməcilikdə kimlər iştirak edir. Məsələn: Əgər bu iməcilikdə meşə gözətçisi iştirak edirsə, onda sual olunur həmin vaxtı meşə gözətçisinin mühafizə etdiyi meşə dolayını kim mühafizə edir. Əgər belədirsə onda Masallı RMTM özü şərait yaradır ki, dolay mühafizəsiz qalsın və həmin meşə sahəsində ağaclar qanunsuz olaraq kəsilsin. Bu hallardan rəhbərlik öz mənfəətləri üçün istifadə etsinlər.
5.İşçilərin Əmək haqqları Əmək müqaviləsində göstərildiyi vaxtdan gec ödənilir. Əmək müqavilələrini və Əmək haqqlarının köçürülmə tarixlərini araşdırsanız bunun şahidi olacaqsınız. Hər ay bu hadisə təkrarlanır.
6.Masallı Regional Meşə Təsərrüfatı Mərkəzininə arılan yanacaq qanunsuz şəkildə mənimsənilir. Yol-vərəqələrini və müqaviləsi olan yanacaqdoldurma məntəqəsinin videokameralarını araşdırmaqla bunu sübuta yetirə bilərsiniz. Xahiş edirik bu faktların araşdırılmasına köməklik edəsiniz.
Sorğu
Yeni dizaynımız necədir?