GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM

Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM

Tarix: 30-03-2020, 15:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 714
Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM


"İnsan hüquqları üzrə müvəkkilin – Ombudsmanın adından göründüyü kimi, bircə görəvi insanların hüquqlarını qorumaqdır . Nə yazıq , insanlar gerçəkdə hüquqlarının qorunmasının imitasiyasından özgə bir qorunma görmürlər . İnsan hüquqlarının pozulması ilə bağlı müvəkkillərinə müraciət edən şəxslərə hüquq pozucularının qanunsuz cavablarını təkrarlamaqla hansı hüquq qorunması müvəkkilliyindən danışmaq olar? Belə müvəkkilliklə yalnız və yalnız məmurların rüşvət hüquqlarını qorumaq olar. Ombudsmanın dəyişməsi də , hələ ki , müsbətə doğru dəyişikliyə gətirməyib".

Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı əvvəlki ampluasındadır . İş o yerə çatıb ki , aparat rəhbəri dələduzluqla üzləşən bir qrup ticarət köşkü sahiblərinin müraciətinə dələduzları müdafiə edən sahə müvəkkilinin kommersiya sirri sayılan bilgiləri açıqlayan cavabı ilə “müvəkkillik edir “! (?) Sual doğur, sahə müvəkkili və “hüquq müvəkkili” sahibkarların pay bölgüsünü , aylıq gəlirlərini hardan əldə ediblər, necə hesablayırlar və onların buna hüquqları varmı ? Artıq sahə müvəkkili kommersiya fəaliyyətinə mane olmağa, kommersiya sirrini yaymağa görə məhkəməyə verilib, növbədə Ombudsman Aparatının rəhbəridir. Di gəl, məhkəmələr sözügedən qurumun “məhkəmə toxunulmazlığı hüququ”nu pozmağa cürət etmirlər . Axı, özlərinin də Ombudsmana “işləri düşür”!

...Suraxanı məhkəməsinin artıq görəvinə vaxtından əvvəl xitam verilən hakimi Ramil Həsənovun dələduz “Rəvan” sığorta şirkətinin rüşvətilə əlilə aid olmayan “əlil avtomobili”nin məhv edilməsi və üstəlik Qarabağ əlilinin saxta defekt aktı tərtib edilməklə 10 min manata yaxın ziyanı ödəməsi haqqında qanuni qüvvəyə minməyən 28.11.2016 tarixli qətnaməsini məhkəmənin icra sənədi olmadan Qarabağ əlilinin pensiyasına, reabilitasiya vasitəsinə, daşınar-daşınmaz əmlakına eyni vaxtda yönəldən icra məmuru Vüsal Əliyevin görəvinə hələ də xitam verilmir . Görünür , “dayısı” lap “yuxarıdadır” . Əksinə, Konstitusiyanın 6-cı maddəsi ilə təsbit olunan məhkəmə hakimiyyətini mənimsəməklə dövlətə qarşı ən ağır cinayət törədən şəxs ədliyyə , məhkəmə -hüquq sistemi və Ombudsman səviyyəsində qorunur ! (?) Məhkəmənin icra sənədi olmadan “borclu” edilməsinə, pensiyasından, əmlakından məhrum edilməsinə son qoyulması üçün son ümid yeri Ombudsmana üz tutan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə, görün, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 19.03.2020 tarixli 2/6045-20 saylı məktubla necə “müvəkkillik edib” ?! Sitat :” Sizdən 8223 manat tutularaq “Rəvan Sığorta” ASC-yə ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 09.01.2017 tarixli icra sənədinin icra edilməsindən narazı qalmağınız haqqında. ... halların yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. “ Ombudsman Aparatının əlilin şikayətini saxtalaşdırmasına fikir verin, şikayətçi icra sənədi olmadan pensiyasından, əmlakından məhrum edilməsindən şikayət edir , aparat rəhbəri isə nömrəsi olmayan 09.01.2017 tarixli icra sənədinin icra edilməsindən narazılıq kimi saxtalaşdırır. Məktubu oxumaqda davam edək : “Ədliyyə Nazirliyindən verilmiş cavabda bildirilmişdir ki, həmin icra sənədinə əsasən Suraxanı icra və probasiya şöbəsində başlanmış icraat zamanı qeyd olunan vəsait tərəfinizdən ödənilməmiş, bununla əlaqədar məcburi icra tədbirləri həyata keçirilməklə tələbin əmlakınız hesabına icra edilməsi haqqında tədbirlər görülür “ BELƏ İNSAN HÜQUQLARI QORUMAQLA ƏLİLİN POZULMUŞ REABİLİTASİYA , PENSİYA , MÜLKİYYƏT HÜQUQU BƏRPA OLUNA BİLƏRMİ? Ombudsman Aparatının rəhbəri bilmir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur ? Tutaq ki, Ədliyyə Nazirliyinin icra baş idarəsinin və icra şöbələrinin qanundan, Konstitusiyadan xəbərsizliyinə dələduz qurumlarla qeyri-prosessual ilişgilər nədən olur , bəs bu yekəlikdə İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLLİYƏ nə gəlib ? Yoxsa , Ombudsman institutu da şikayət obyektləri ilə qeyri-prosessual ilişgidədir? Hər halda, insan hüquqları üzrə müvəkkilin aparatının məmurların özbaşınalığını müdafiə etməsi göz önündədir . Hətta əlilin məhkəmə yolu ilə

pozulmuş hüquqlarının bərpasına “iddianın mümkün sayılmaması haqqında” qərardadlarla qadağa qoyulması da diqqətə çatdırılıb . Dəhşətə baxın, insan hüquqları üzrə müvəkkil vətəndaşın məhkəmə qərarı olmadan pensiyasından, əmlakından, reabilitasiya vasitəsindən məhrum edilməsinə görə məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsini hüquq müvəkkilliyi sayır ! (?)

Qarabağ əlilinin olmayan əmlakı hesabına olmayan icra sənədi üzrə məcburi “ icra tədbirlərinin “ davam etdirilməsinə Ombudsman Aparatı da bu məktubla “xeyir-duası”nı verib . Allah xeyir verməsin!"

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulmasını diqqətlə izləyir

    Avropa Birliyi Azərbaycanda insan hüquqlarının ...

    4-03-2014, 10:34

  • 
  • Ombudsmanın nümayəndəsi Bayram Məmmədovla görüşüb

    Ombudsmanın nümayəndəsi Bayram Məmmədovla görüşüb ...

    6-04-2019, 11:50

  • 
  • Ombudsman Bakı istintaq təcridxanasına nümayəndələrini göndərdi

    Ombudsman Bakı istintaq təcridxanasına ...

    24-06-2013, 13:23

  • 
  • Vətəndaşlar Ombudsmana özəl klinikalardakı ciddi pozuntular, qiymətlərin baha olması, müalicənin nəticəsiz qalmasından şikayətlənib

    Vətəndaşlar Ombudsmana özəl klinikalardakı ciddi ...

    20-04-2018, 11:00

  • 
  • Hüquq pozuntuları biganəlikdən qaynaqlanır.

    Hüquq pozuntuları biganəlikdən qaynaqlanır. ...

    10-12-2013, 16:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu