Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda keçirilən konfransda çıxışında deyib.
O bildirib ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb:
"Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib".
Beynəlxalq hüququn abstrakt bir anlayış olmadığını deyən R.Aslanova Azərbaycanın öz üzərinə düşən hüquqi vəzifələri yerinə yetirdiyini vurğulayıb:
"Bununla belə, Azərbaycana qarşı bu həssaslıq göstərilmir. Azərbaycanın 1 milyondan çox insanının hüquqları pozulsa da, beynəlxalq qurumla onların hüquqlarını müdafiə etmir".
Tolerantlıqdan danışan komitə sədri söyləyib ki, Azərbaycanda müxtəlif dini inanclı insanlar mehriban şəkildə yaşayır:
"Azərbaycanda heç zaman dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət vətəndaşından ayrı deyil. Ona görə də ölkədə hər bir vətəndaşın hüquq və azadlığının qorunması, onların dini etiqad azadlığının təmin olunması ali məqsəddir. Dövlətlə yanaşı, dini konfessiyalar da cəmiyyətdaxili münasibətlərə müdaxilə etməli və bu münasibətləri saflaşdırmalıdır".
Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyətin yaşaya bilməyəcəyimi deyən Rəbiyyət Aslanova əlavə edib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatmaq mümkündür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?