Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.
Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə “Kontakt Home” mağazalar şəbəkəsidir. “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb. Gundemxeber.Az sabahnews.az-a istinadla bildirir ki, bəhs edilən şirkətlə bağlı müştəri məmnuniyyətinə rast gəlmək bomboz səhrada su tapmaq qədər müşkül məsələdir. Səbəb isə çox sadədir. Müxtəlif, aldadıcı reklamlarla müştəriləri özünə cəlb edən şirkət məhsulu müştəriyə satdıqdan sonra məsuliyyətdən boyun qaçırır. Məhsul xarab olduqda “Kontakt Home” tərəfindən verilən qızıl zəmanət də heç bir işə yaramır. Başqa bir şikayət “Kontakt Home”-dan alınan məhsulların keyfiyyəti ilə əlaqədardır. Bir neçə vətəndaş kifayət qədər yüksək qiymətə aldıqları məhsulun keyfiyyətsiz çıxmasından şikayətlənirlər. Hətta bir çox vətəndaşlar KİV-lərə etdikləri şikayətlərdə bu mağazadakı məhsulların işlənmiş məhsullar olduğunu da iddia ediblər. Sabahnews.az bildirir ki, “Kontakt Home” barəsində istər sosial şəbəkələrdə, istərsə də dövrü mətbuatda kifayət qədər şikayətə rast gəlmək mümkündür. Düşünmək olardı ki, ölkə və vətəndaşlar üçün bu ağır günlərdə “Kontakt Home” öz mənfi imicindən yaxa qurtaracaq. O biri şirkətlər kimi humanist addım atacaq. Məsələn “İrşad” Telekom karantinlə bağlı vətəndaşlara doğru addım ataraq kredit ödənişlərini müvəqqəti dayandırıb. Bununla da prezidentin “evdə qal” çağırışlarına dəstək verib. “Kontakt Home” isə ziyan haqda fikirləşmək belə istəmir, krediti gecikdirənlərə güzəşt etmək fikrində deyil. Bu şirkəti mənfəətdən başqa heç nə maraqlandırmır-nə dövlət, nə onun çağırışları, nə də vətəndaşlar.
Sorğu
Yeni dizaynımız necədir?