Biləsuvarın təhsil şöbəsinin müdiri Aqşin Bağırovun qanuna sığmayan əməllərinə dair iddialar meydana çıxıb. Bu haqda facebook istifadəçisi Rəşad Əkbəroğlu məlumatlar yayıb.
Gundemxeber.Az dia.az-a istiandla bildirir ki, onun sözlərinə görə, rayonun Səmədabad kənd orta məktəbinin təlim- tərbiyə üzrə direktor müavini Əltudə müəllim həm də köçkün şəhərciyindəki Arazbari ümumi orta məktəbin direktorudur.
Belə bir hal qanunla qadağandır və Biləsuvarın təhsil şöbəsi müdiri A.Bağırov heç bir tədbir görmür.
R.Əkbəroğlu sual edir ki, təhsil şefini özbaşınalığa yol verməyə nə vadar edir: “Mən Biləsuvar təhsil şefinə sual verirəm, eyni vaxtda ara məsafəsi 10 kilometrlərlə olan iki məktəbdə bir insan iki məsuliyyətli vəzifəni rəsmi qaydada idarə edə bilərmi?
Yəqin o müəllimin ayaq ölçüsü çox böyükdür ki, eyni anda iki məktəbi nəzarətdə saxlayı. Bu, hansı qanunda göstərilib? İnanıram ki, təhsil naziri Ceyhun Bayramov bu məsələnin araşdırılmasına tapşırıq verəcək”.
R.Əkbəroğlu Biləsuvar təhsil şöbəsi rəhbəri haqda əlavə edib ki, Xırmandallı kəndində H.Əliyev Fondunun təşəbbüsü ilə tam orta məktəb tikilmişdi:
“Amma yerli icra hakimiyyəti və təhsil şöbəsini laqeydliyi və səhlənkarlığı sayəsində binanın tikintisini özlərinə yaxın, lori dildə desək, qohum-əqrəbalarına həvalə etmişdilər.
Nəticədə yarıtmaz və dövlətin büdcəsinə ziyan vurmaqla elə bir bina tikiblər ki, qəza qaçılmaz idi. Bu məsələni sübut etdiyim halda, Biləsuvar icra hakimiyyəti və təhsil şöbəsi özlərini yuxarıdan aparırdı”.
Onun atası Xudaməli Bağırov K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin direktoru işləyib.
Mediada gedən məlumatlara görə, A.Bağırovun atası bir ara icra başçısı olmaq eşqinə düşmüşdü və hazırkı başçı Mahir Quliyevə qarşı iş aparırdı.
Facebook-dakı “Təhsil islahatları” səhifəsi qeyd edirdi ki, A.Bağırov orta məktəbi deyəsən, zəif oxuyub, özəl universitetə daxil olub. Bu yerdə də stop edib dayanmaq lazım gəlir.
Məktəbi zəif oxumuş, özəl ali məktəbi 4 il yola verib “karton” diplom almış gəncə Biləsuvarın təhsilini necə etibar etmək olar?
Bildirilir ki, o, 2004-cü ildə “Odlar Yurdu” universitetinə daxil olub, 2009-cu ildə “Biznesin idarə edilməsi və menecer” fakültəsini bitirib.
A.Bağırovun harada təhsil alması bir az qarışıqdır, yəni çaşqınlıq yaradır, baş açmaq olmur. Çünki deyəsən həyatı oxumaqla keçib.
Fikir verin, 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub və “Dünya iqtisadiyyatı” fakültəsini bitirib.
Hə, görünür özəl ali məktəbin diplomu dövlət qulluğunda işləmək üçün yetərli olmayıb və təhsilini davam etdirməli olub.
İntəhası, hörmətli Aqşin Bağırov həm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi müəllimi” ixtisası üzrə təhsil alıb.
Ardınca, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, hazırda “İnzibati idarəetmə” fakültəsində qiyabi təhsil alır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?