Respublikamızın bir çox ərazilərində koronavirusun geniş yayılmaması üçün lazımi addımlar atılsa da, hal-hazırda Bakının Binəqədi rayan mərkəzində vəziyyət daha acınacaqlı durumdadır.
Belə ki, rayonun mərkəzi hissələrində fəaliyyət göstərən aptektlərdə “maska” və spirt tapmaq olduqca müşkül məsələyə çevrilib. Apteklarə daxil olub ''maska'', əlcək soruşduqda, satıcı alıcının sözü qurtarmamış yoxdur deyir. Demək olar ki, alıcıların hər gün apteklərdə rastlaşdıqları mənzərə belə olur. Ümumiyyətlə Aptek depolarındakı mafiozların nəyə xidmət etdikləri məlum deyil. Bir cındırın ki, qiyməti koronavirusun mövcud olmadığı vaxtlarda 0,05 AZN-nə tapılırdısa, indi qiyməti 0,20 AZN-ə olsa da Bakı şəhərində və xüsusilə də Binəqədi apteklərində tapmaq mümkün deyil. Sonra da deyirlər ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul olunmuş qaydalara əməl edin. Təbii ki, polislər üzərlərinə düşən məsuliyyətli işin öhtəsindən gəlməyə çalışır və insanlara qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Amma Səhiyyə sisteminə aid olan Aptek və depo mafiozları hər gün üz-üzə gələn Polis vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Görəsən dövlət Oqtay Şirəliyevin tabeçiliyində olan Aptek şəbəkəsinə əl gəzdirəcəkmi? Buna inanmaq istərdik. Sonda onu deyə bilərik ki, bu milyonlarla pulların yuyulması üçün, bir ''maska''dır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?