Son günlər dünyada qlobal şəkildə ciddi problemə çevirilən Koronavirus (COVİD-19) çox sürətlə yayılaraq pandemiya halını alb.
Demək olar ki, yer kürəsini bürüyən bu virus bütün dövlətləri narahat etməyə başlayıb. Bunun əsasında Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq ölkəmizdə də zəruri tədbirlər görülür. Operativ Qərargahın yaradılması, Nazirlər Kabinetinin müvafiq qərarlarını misal gətirmək olar.
Bütün bu tədbirlər birmənalı şəkildə insan həyatının qorunmasına yönəlir və onlara qeyd-şərtsiz hər bir orqan və vətəndaş tərəfindən əməl edilməsi vacibdir. Əsas məsələlərdən biri də odur ki, vətəndaşların kütləvi toplaşdığı tədbirlərin ləğv edilməsi, yaxud təxirə salınmasıdır. Bütün bunlar vətəndaşların sağlamlığının qorunması, kütləvi yoluxmanın qarşısının alınması üçündür.
Amma yuxarıda qeyd olunanlara baxmayaraq, Suraxanı rayonu Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən ''Ballı Market''in rəhbərliyi heç bir qaydalara riayət etmədən, insanlar arasında sıxlıq yaratmaqla, yoluxma təhlükəsi yaradırlar. Hesab edirik ki, müvafiq qurumlar yaydığımız məlumatı nəzərə alıb tədbir görərlər.
Sorğu
Yeni dizaynımız necədir?