GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT

Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT

Tarix: 6-04-2020, 12:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 732
Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT


“Ona görə də, bu gün mən ümidimi Mehriban xanım Əliyevaya bağlayıram və bir Azərbaycan qadını, üç azyaşlı övlad anası olaraq, ondan bizə köməklik göstərilməsi üçün öz xahişimi çatdırıram”

​ ​ Hər kəsə aydındır ki, mərhum prezident Heydər Əliyev siyasi kursunun bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, hal-hazırda ölkəmizin​ bütün sahələrində yeni keyfiyyət dəyişiklikləri ilə bərabər, sosial-iqtisadi yüksəliş də əldə olunub. O da hər kəsə bəllidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və son illərin reallıqları da ondan ibarətdir ki, indiyə kimi iqtisadi sahədə həyata keçirilən köklü dəyişikliklər, məhz əhalinin sosial müdafəsini lazımınca gücləndirməyə imkan verib.​ Bəli, Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi ondan ibarətdir ki, respublikamızda aztəminatlı, yoxsul insan olmamalıdır.​

Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT


​ ​ ​ Ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin yaradılması da, birbaşa aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması ilə nəticələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım alan vətəndaşlarla bağlı korporativ məlumat bankı da yaradılıb. Belə bir addımı atmaqda başlıca məqsəd, həm dövlət büdcəsindən maliyyələşən yardımların təyinatında şəffaflığı təmin etmək, həm də bu sahəyə nəzarəti gücləndirməkdir. Onu da bildirək ki, məlumat bankı yerlərdə ünvanlı sosial yardım almaq üçün əhalidən daxil olan müraciətlərin daha dəqiq araşdırılmasına imkan verir. Bəli, sosial problemlərin yoluna qoyulması, çoxşaxəli tədbirlərin həyata keçirilməsi, bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəldilməsi və s. geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan addımlardır. Bütün bunlar onu təsdiq edir ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili əsas rol oynayır. O halda sual oluna bilər ki, görəsən ölkə rəhbərinin həyata keçirdiyi siyasət Tovuz rayonunda necə həyata keçirilir? Bu yöndə Gundemxeber.az saytı əməkdaşının apardığı araşdırmalar zamanı dəhşətli və dözülməz mənzərənin şahidi olduq.

Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT


Çünki, Tovuz rayonu, Qovlar şəhəri, Vaqif küçəsi-15 ünvanında beş nəfərlik ailə üzvləri ilə birlikdə yaşayan 1983-cü il təvəllüdlü Sadıqov Rafiq Aslan oğlugilin dolanışıq səviyyəsini gördükcə dəhşətə gəlmək mümkün olmur. Belə ki, bu şəxsin həyat yoldaşı, üç övlad anası Sadıqova ​ Şəlalə​ Tofiq qızı tərəfindən redaksiyamıza ünvanlanan müraciətdən və Gundemxeber.Az saytı əməkdaşının qeyd olunan ünvanda həyata keçirdiyi video-çəkilişlərdən bəlli olur ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasətin bu ailə üzvlərinə heç bir aidiyyatı yoxdur.

Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT


Buna da əsas səbəb, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, Tovuz rayonu, Qovlar şəhər​ İƏD üzrə​ nümayəndəsi Oruc​ Binnətovun, DSMF-in Tovuz rayon şöbəsinin müdiri​Zöhrab Əhmədovun və digər vəzifə sahiblərinin, Rafiq Sadıqovun həyat yoldaşının ailə üzvlərinin dolanışıqlarına köməklik göstərilməsi üçün etmiş olduğu şifahi müraciətləri saya salmamalarıdır.

Tovuzda ll-ci qrup gözdən əlilin ailə üzvləri fəryad içindədir –​ VİDEO/FAKT


​ ​ Şəlalə Sadıqova Gundemxeber.Az saytının redaksiyasına ünvanladığı müraciətində qeyd edir: “Bizim ailənin dolanışığı çox ağır durumdadır. Həyat yoldaşım Sadıqov Rafiq Aslan oğlu ll-ci qrup gözdən əlildir və bu gün əlliyə görə​ dövlətdən​ 232 manat müavinət​alır. Ailəmiz beş nəfərdən ibarətdir və bizim 2015-ci il təvəllüdlü ​ Sadıqov Əli Rafiq oğlu, 2017-ci il təvəllüdlü Sadıqov Süleyman Rafiq oğlu və 2019-cu il təvəllüdlü Sadıqov Yusif Rafiq oğlu adlı üçazyaşlı​övladımız var. Hal-hazırda ailəlikcə həyat yoldaşımın ata yurdundakı torpaq sahəsinin ortasında lazımi şəraiti olmayan birotaqlı evdə​ yaşayırıq. Yaşadığımız ev təmirsizdir və evimizin nə mətbəxi, nə suyu, nə hamamı, nə də ki, ayaqyolusu var. Həyat yoldaşımın aldığı müavinətdən başqa heç bir yerdən gəlirimiz yoxdur. İndiyə kimi bir neçə dəfə Tovuz RİH-nin başçısı​ ​ Məmməd Məmmədovun qəbulunda olmuşam. Dolanışıq vəziyyətimizin ağırlığını, dərdimizi ona​ bildirmişəm və bizim ailəyə köməklik göstərilməsini dönə-dönə xahiş etmişəm. Sonuncu müraciətimdən sonra o, Tovuz rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər İƏD üzrə nümayəndəsi Oruc Binnətova​ “Bu ailəyə 50 AZN köməklik göstər” deyə tapşırığını versə də,​ İƏD üzrə​ nümayəndəsi icra başçısının bu yöndə verdiyi tapşırığı yerinə yetirmədi.



​ ​ ​ Bu gün sanki ölümlə üz-üzə qalmışıq, heç cür dolana bilmirik. Tovuz rayonunda rəhbər vəzifə sahibi olan şəxslər bizə köməklik göstərmədiklərindən, indi məcbur olub Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya üz tuturam və ailəmizə köməklik göstərilməsi üçün ona yalvarıram. Biz beş nəfər ailə üzvü olaraq həyat yoldaşımın dövlətdən aldığı 232 manat müavinətlə heç cür dolana bilmirik. İkinci övladımız Süleyman Sadıqovun baş-beyin nahiyəsində ciddi problemi var. Yəni, həkimlər ona anadangəlmə beyinin inkişafdan geriqalma diaqnozu qoyublar ki, o, belə bir problemlə anadan olduğu zamandan üz-üzə qalıb. İmkansızlıq ucbatından onu həkimə aparıb müalicə etdirə bilmirik. Üçüncü övladımız Yusif Sadıqov isə, “bilrubin” diaqnozu ilə anadan olub. Maddi imkansızlıq ucbatından, onu da heç cür müalicə etdirə bilmirik. Belə bir dözülməz vəziyyətlə bağlı bir neçə dəfə Tovuz rayon İH başçısına köməkdarlıq olunması məqsədilə xahiş etsək də, son anda xahişimiz “daşa dəydi”. Belə olan halda məcbur olub iki bankdan kreditə pul götürdük. Hal-hazırda həmin kreditləri də ödəyə bilmirik. Bu gün mavi qazdan istifadəyə görə 300 manat borcumuz var və indiyə kimi həmin borcu ödəyə bilmədiyimizdən, xeyli vaxtdır ki, yaşadığımız evə mavi qazın verilməsini dayandırıblar. Bundan əlavə, elektrik enerjisindən istifadəyə görə də 90 AZN borcumuz var. Həyat yoldaşım Rafiq Sadıqov ll-ci qrup gözdən əlil olduğu üçün, heç bir sahədə onu işə götürmürlər. Ünvanlı sosial yardım almaq məqsədilə 14 mart 2019-cu il tarixdə DSMF-in Tovuz rayon şöbəsinə müraciət etsək də, bizə adı çəkilən şöbədən imtina cavabı verdilər. Buna da səbəb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində həyat yoldaşım Rafiq Sadıqovun adına JN 50300068-498 nömrəli 12 sot pay torpağı sahəsinin olması barədə məlumatın qeyd olunmaması əsas götürülür. Əslində həyat yoldaşımın adına belə bir torpaq sahəsi yoxdur və heç cür başa düşə bilmirik ki, bu cür “kəşfi” kim həyata keçirib. Yəqin ki, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində vəzifə sahibi olanlar, bizim onlara rüşvət vermək imkanımız olmadığını bildiklərindən belə bir “oyun qaydası” düzüb-qoşublar ki, bizi başlarından uzaq edə bilsinlər. Ona görə də, bu gün mən ümidimi Mehriban xanım Əliyevaya bağlayıram və bir Azərbaycan qadını, üç azyaşlı övlad anası olaraq, ondan bizə köməklik göstərilməsi üçün öz xahişimi çatdırıram”.

​ ​ Bütün bunlar onu sübut edir ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayonu, Qovlar şəhər​ İƏD üzrə​ nümayəndəsi Oruc​ Binnətov, DSMF-in Tovuz rayon şöbəsinin müdiri​Zöhrab Əhmədov və digər vəzifə sahibləri cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasətə dəstək vermək əvəzinə, bu gün həmin siyasətə kölgə salmaqla məşğul olurlar.

​P.S. Hörmətli oxucular! Biz bu yöndə araşdırmamızı həyata keçirib, sizi yaxın günlərdə daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.[

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 10 milyon olduq - Prezident İlham Əliyev təbrik etdi

    Azərbaycanda 10 milyon olduq - Prezident İlham ...

    6-04-2019, 12:15

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    24-12-2015, 15:24

  • 
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50

  • 
  • Aztəminatlı ailələrə PUL VERİLƏCƏK

    Aztəminatlı ailələrə PUL VERİLƏCƏK ...

    30-12-2015, 17:29

  • 
  • "Prezident Administrasiyasında yeni insanlar lazımdır" — İlham Əliyev

    "Prezident Administrasiyasında yeni insanlar ...

    23-01-2020, 15:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu