Bu gün bəşəriyyət ağır günlərini yaşayır. Koronavirus pandemiyası səbəbindən nəinki insanların, bütövlükdə olaraq dövlətlərin düzəni ciddi şəkildə sarsılıb, desək yanılmarıq.
Təbii ki, bu gün Azərbaycan dövləti adından vətəndaşlarımızın qorunması istiqamətində ciddi addımlar atılmaqdadır ki, bunun da effektini hər kəs görür. Şükürlər olsun ki, mövcud vəziyyətdə birbaşa olaraq cənab Prezidentin nəzarəti altında dövlət adına gərəkən tədbirlər görülməkdədir.
Amma vətəndaşların özlərini qoruya bilməsi üçün müvafiq ləvazimatların, xüsusən də tibbi maskaların tapılması əməlli-başlı müşkülə çevrilib. Gundemxeber.Az bildirir ki, bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, pandemiyaya qədər Azərbaycana tibbi maskaların gətirilməsi ilə məşğul olan sahibkarların böyük əksəriyyəti qdağa ilə üz-üzə qalıb. Redaksiyamıza danışan və adının çəkilməsini istəməyən sahibkarlardan biri açıq şəkildə bildirdi ki, onlara Dövlət Gömrük Komitəsində süni əngəl yaradılır: "Səfər Mehdiyev qoyur ki... Nə qədər istəsəniz maska gətirmək olar. Amma gömrükdə elə bir şərait yaradıblar ki, kimsə artıq maska gətirməyə cürət eləmir. Ən yaxşı halda müsadirə edirlər. Müxtəlif bəhanələr altında".
Qeyd edək ki, Azərbaycan yaxın vaxtlarda tibbi maska istehsalına başlayacaq. Amma buna qədər, yəni ilk istehsala qədər tibbi maskalar ölkəmizə xaricdən gətirilir ki, məhz DGK sədrinin yaratdığı süni maneələr səbəbindən bu gün vətəndaşlarımız çətinliklə, təkcə çətinliklə yox, həm də yoluxma riski ilə üz-üzə qalıblar...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?