GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milli Məclisdə vəzifəli şəxslərin yaxınları “lövbə salıblar”- ŞOK FAKTLAR

Milli Məclisdə vəzifəli şəxslərin yaxınları “lövbə salıblar”- ŞOK FAKTLAR

Tarix: 7-04-2020, 19:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 843
Milli Məclisdə vəzifəli şəxslərin yaxınları  “lövbə salıblar”- ŞOK FAKTLAR


Parlament rəhbərliyinin Milli Məclisdə struktur islahatlarına dair sərəncamı informasiya məkanında böyük əks-səda doğurdu.

Pandemiyanın yaratdığı qlobal təhlükə fonunda ölkəmizdə insani itkilərin, o cümlədən sosial-iqtisadi xarakterli ziyanların minimuma endirilməsi üçün bütün dövlət hakimiyyəti orqanlarında səfərbərlik yaşandığı dövrdə Milli Məclisdə belə mühüm siyasi qərarın verilməsi sübut edir ki, VI çağırış Məclisin rəhbərliyi öz qarşısında daha strateji məqsədlər müəyyənləşdirib və ona çatılması istiqamətində zəruri addımların atılması üçün aylarla gözləmək fikrində deyil.

Milli Məclisdə vəzifəli şəxslərin yaxınları  “lövbə salıblar”- ŞOK FAKTLAR


Bu, ölkə miqyasında köklü islahatların həyata keçirildiyi mərhələ üçün ciddi zaman itkisi olardı. Milli Məclisin işinin xalqın gözləntilərinə və tələblərinə uyğun şəkildə qurulması üçün başqa alternativlərin qalmadığını indi tam əminliklə söyləmək olar. Bu baxımdan, onu da xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Nazirlər Kabinetində istər baş nazir səviyyəsində, istərsə də onun aparat heyəti səviyyəsində mühüm dəyişikliklər aparılmışdır. O cümlədən belə dəyişikliklər Prezident Administrasiyasında həyata keçirilmişdir. Bu, bütövlükdə dövlət idarəetmə elitasında ciddi konstruktiv dəyişikliyin baş verdiyini göstərir. Eyni zamanda xalq təmsilçiliyini həyata keçirən Milli Məclisin özündə də müvafiq istiqamətdə addımlar atılmağa başlayır. Göz önündə olan mənzərə bundan ibarətdir ki, Milli Məclisin başlıca qayğısını burada daha çox vəzifəli şəxslərin yaxınlarının özlərinə “isti” yer etməsi təşkil edir. Milli Məclisin hazırkı kadrlar siyahısına nəzər saldıqda, onun formalaşmasında bir çox hallarda nepotizm, qəyyumçuluq prinsipindən çıxış edildiyi aydın görünür. Belə ki, Parlamentdə həm deputatların, həm də icra orqanları rəhbərlərinin övladları və yaxın qohumları lövbər salıblar. Bu isə o anlama gəlir ki, həmin şəxslər qanuni mexanizmləri deyil, onları himayə edənlərin vəzifə mövqeyindən istifadə edərək iş yerləri “qazanıblar”. Ötən illər ərzində Milli Məclis Aparatının faydalı iş əmsalının aşağı olması elə bu amillə əlaqələndirilməlidir. Bu səbəbdən də, himayəçilik əsasında işlə təmin olunmuşlar əsasında formalaşmış Milli Məclis Aparında kimlərin yer aldığına diqqət yetirmək maraqlı olardı. Parlament jurnalistləri qismində plenar iclasları işıqlandırmağa gedərkən himayəçilik əsasında özlərinə yer etmiş kadrların nə dərəcədə yarıtmaz və qeyri-peşəkar olduqlarını daim müşahidə edirik. Məsələn Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu və bacısı oğlu, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu, Qobustan rayon İcra Hakimiyyətinin başçısının oğlu, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu, Mingəçevir, Quba və Göyçay rayonlarında İcra Hakimiyyətinin başçısı işləmiş

Mübariz Ağayevin oğlu Milli Məclisdə “çalışmaqdadırlar”. Bundan başqa, Milli Məclisin deputatları Nizami Cəfərovun, İlham Məmmədovun oğulları, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda isə Milli Məclisin komitə rəhbəri Hicran Hüseynovanın analitik şöbədə çalısan qızını da qeyd etmək olar. Burada son illər ərzində KİV-də Oqtay Əsədov tərəfindən sabiq MTN nazir Eldar Məhmudov və MTN generallarının xətti ilə yerləşdirilənlər haqqında gedən məlumatlardan heç danışmağa dəyməz. Təbii ki, bunları yazmaqda məqsədimiz vəzifəli şəxslərin qohum-əqrabasının haradasa işləməsinə qarşı çıxmaqdan ibarət deyil. Bu, əlbəttə ki, hüquqi cəhətdən düzgün yanaşma olmazdı. Bir-iki belə halların olmasını cəmiyyət normal qarşılayardı. Lakin reallıq ondan ibarətdir ki, qanunverici orqan olan Milli Məclisdə ən ciddi qeyri-qanuni işlər həyata keçirilib. Məsələn, demək artıqdır ki, əgər işə qəbul şəffaf aparılıbsa, onda nə üçün sabiq spikerin onlarla yaxın qohumu Milli Məclisdə təmsil olunurlar? Bu reallıq istər-istəməz Milli Məclisin “ailə klubu”, “podratçı təsərrüfat” obrazını göz önündə canlandırır.

Doğrudur, yuxarıda təqdim etdiyimiz siyahı tam deyil, Milli Məclis Aparatı daha böyük problemlər içərisindədir. Təəssüf olsun ki, bu məsələyə uzun illər ərzində biganə yanaşılıb və bu problemlər qalaqlanıb. İndiki mühüm dövrdə qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımların alternativi yoxdur. Çünki, ölkə başçısının Milli Məclisdə etdiyi etdiyi sərt xəbərdarlıqlar ilk növbədə ondan ibarət idi ki, burada hakim partiyanın təmsilçilərinin sayca çoxluğu onun fəaliyyətinin çatışmazlıqlarının iqtidara yönəlməsinə səbəb olur. Bu baxımdan, hesab etmək olar ki, Milli Məclisdə köklü islahatlar hələ qabaqdadır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

    Oliqarx deputatlar mandatını itirəcək? - Milli ...

    28-11-2019, 13:46

  • 
  • Milli Məclisdə görünməmiş səhv - FOTO

    Milli Məclisdə görünməmiş səhv - FOTO ...

    24-10-2013, 21:33

  • 
  • Sabah Milli Məclisdə yeni sədr seçiləcək

    Sabah Milli Məclisdə yeni sədr seçiləcək ...

    10-03-2020, 16:23

  • 
  • "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb

    "ABŞ-da insan hüquqlarının vəziyyəti ...

    29-12-2015, 14:32

  • 
  • Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

    Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları ...

    15-05-2017, 20:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu