Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Milli Məclisdə problemlərinin həll olunmasında ondan yardım istəyən vətəndaşları növbəti dəfə qəbul edib. Qəbulda Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərin həlli ilə bağlı müraciət edən insanlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər də iştirak etmişdir.
ehliman Qəbul zamanı koxlear implantasiya, qaraciyər və böyrək köçürülməsi kimi ağır cərrahi əməliyyatlarla bağlı müraciətlər olub. Müraciət edən seçicilər həm sağlamlıqlarındakı problemlərlə, həm də digər sosial problemlərlə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov qəbula gələn vətəndaşları dinləyərək, qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?