GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - Nazir bütün bunları bilərəkdən edir?

Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - Nazir bütün bunları bilərəkdən edir?

Tarix: 8-04-2020, 12:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 415
Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - Nazir bütün bunları bilərəkdən edir?


Epidemiya ölkədə yayılmağa başlayanda hökumət bunu minimallaşdırmaq və vətəndaşın sağlamlığını qorumaq məqsədilə üzərinə düşən hər şeyi etməyə başladı. Prezident İlham Əliyevin yürütdüyü bu siyasət indi Azərbaycanın dünyada virusla ən effektli mübarizə aparan ölkələr sırasında qərarlaşmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarında bunu açıq şəkildə ifadə edir. Lakin koronavirus təkcə insanların sağlamlığını yox, həm də gəlir mənbələrini hədəfə alıb. Çünki yoluxma hallarının qarşısını almaq üçün digər ölkələr kimi Azərbaycan da xüsusi karantin rejimini tətbiq edir və təbii olaraq, iş yerləri müvəqqəti bağlanıb. Ən çox əziyyət çəkən təbəqə günəmuzd işləyənlərdir. Bu situasiya təkcə Azərbaycanda yox, virusun yayıldığı bütün ölkələrdə də eynidir.
Misal üçün, ABŞ-da son iki həftədə 10 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib. Azərbaycanın digər ölkələrdən fərqi odur ki, dövlət vətəndaşını ondan əvvəl düşünür, karantin rejimini tətbiq edərək, vətəndaşın sağlamlığını qoruduğu kimi, buna paralel olaraq, sosial dəstək paketləri də hazırlayır. Bizim ölkənin fərqi də məhz buradadır...

Prezident İlham Əliyevin göstərişi ilə hökumət 2,5 milyard manatlıq dövlət dəstəyi paketi hazırlayıb. Bu, koronavirus pandemiyasının zərər çəkən sahibkarlardan tutmuş, sadə vətəndaşa qədər hər kəsi əhatə edir. 300 mindən artıq günəmuzd işləyən vətəndaşın əmək haqqısı dövlət tərəfindən ödəniləcək, sosial çətinliyi olan hər kəsə iki ay müddətində birdəfəlik yardımlar ediləcək. Vətəndaşlar “e-sosial.az” portalında “e-xidmətlər” bölməsinə daxil olmaqla müraciət edə və dövlət yardımını ala bilərlər.

Göründüyü kimi, Prezident vətəndaşa xidmət siyasətinə sadiqdir, ən çətin gündə dövlət dəstəyi verilir, heç bir vətəndaş bu prosesdən kənarda qalmamalıdır. Prezident İlham Əliyevin “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatı həmişə prioritet olaraq qalır və həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır.

Lakin qeyd etdiyimiz kimi, Azərbaycan təkcə koronavirusdan yox, həm də bəzi məmurların məsuliyyətsizliyindən əziyyət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında bu əziyyətlə yenidən üz-üzə qaldıq.

Sahil Babayevin açıqlamaları iki istiqamət təşkil edir.

Birincisi, bu, Prezidentin çoxşaxəli sosial siyasətinin əleyhinə olan çıxışlardır.

İkincisi, əhalinin sosial rifahı aşağı olan həssas təbəqəsi bu çətin günlərdə ruhdan salınır. Halbuki, nə olursa olsun, bir nazir belə açıqlamalar verməməli idi.

Birinci istiqamət üzrə baxdıqda, cənab nazirin dedikləri Prezident İlham Əliyevin dediklərinin tam əksinədir. Axı dövlət başçısı məhz əhalinin sosial rifahı aşağı olan təbəqəsinə dəstək məqsədilə sosial paketin hazırlanması və vətəndaşın bundan yararlanması tapşırığını verib.

Sahil Babayev isə bildirir ki, “Bütün işsizlər birdəfəlik yardımı almayacaq”.

İctimaiyyət nazirin bu açıqlamalarına sərt reaksiyalar verir. Misal üçün, iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu, “düşmən” açıqlamalarıdır: “Sahil Babayevin absurda açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir”.

Açıqlamanın davamına baxaq. Nazir bildirir ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur:
“Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib”.

Bu açıqlamanın cəmiyyətdə narazılıq yaradan tonda olduğu müşahidə olunur. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, “O zaman ailədə bir nəfər əsgər gedibsə, digərləri getməsin, 3 nəfər işləyirsə, bir nəfər vergi versin və sairə”.

Məntiqlə baxsaq, cəmiyyət haqsız da deyil. Nazir ya fikrlərini düzgün ifadə etmir, ya da ifadə etdiyi fikrin nə qədər yanlış olduğunu anlamır.

Məsələ kimin haqlı, kimin haqsız olmasında da deyil. Mümkündür ki, ehtiyacı olmayan, yaxud rəsmi şəkildə işləyən şəxslər də birdəfəlik ödəmə üçün müraciət ediblər. Zaman-zaman belə halların şahidi olmuşuq və ola bilsin ki, Sahil Babayev bunu demək istəyir. Amma bu belə düzgün formada ifadə edilməli, cəmiyyətin haqlı tənqidinə şərait yaradılmamalı idi. Ancaq təkcə Sahil Babayev yox, onun mətbuat xidməti də eyni tonda, eyni rəngdə təkəbbürlü açıqlamalar verməklə bu həssas dövrdə dövlətin vətəndaşı üçün etdiklərinə kölgə salır.

Nazir Sahil Babayev kimi, onun rəhbərlik etdiyi qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilmiş “kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməyi xahiş edirik” kimi açıqlamalar da cəmiyyətdə narazılığı körükləyən rəngdədir. Çünki indiki halda insanlar təkcə virusla yox, həm də sosial çətinliklərlə üzləşiblər.

Prezident vətəndaşlara dövlət tərəfindən yardım ediləcəyini açıqlayanda hər kəsdə böyük ümidlər yaranır, Sahil Babayev və işçiləri isə öz açıqlamaları ilə bu ümidi alt-üst edirlər. Hər-halda bu açıqlamaları daha normal şəkildə vermək olardı.

Cənab Sahil Babayev isə danışdıqca özünü daha da çətin vəziyyətə salır. Bildirir ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməzlər.

“Həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq. Çünki elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu verə bilmərik. Məsləhət görərdim ki, karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”, - qeyd edir.

Əslində bu, vətəndaşların kütləvi şəkildə küçəyə çıxmasına, karantin rejimini pozmasına şərait yaradacaq məsuliyyətsiz açıqlamadır. Çünki nazirin bu açıqlamasından sonra mövcud şəxsiyyət vəsiqəsi qüvvədə olmayan vətəndaşlar birdəfəlik yardımdan yararlanmaq üçün kütləvi şəkildə 8103 xidmətinə SMS göndərəcək, kütləvi şəkildə ASAN xidmət mərkəzlərinə axın edəcəklər.

Hökumət vətəndaşların evdən çıxmamasını tövsiyə edir, icazəsiz çıxan şəxslər cərimələnir. Məqsəd kütləviliyin aradan qaldırılması və virusun daha çox yayılmasının qarşısının alınmasıdır. Belə görünür ki, Sahil Babayev bu açıqlaması ilə vətəndaşları karantin qaydalarını pozmağa və kütləviliyin yaranması ilə virusun yayılmasına sövq edir.

Sual yaranır, nazir bütün bunları bilərəkdən, ya bilməyərəkdən edir? Cavabın hər iki halında bu, məsuliyyətsiz yanaşma və dövlətin, birbaşa Prezidentin həyata keçirdiyi siyasətə kölgə salmaqdır...//"Demokrat.az"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik - TƏHLİL

    “Tacla” imtahanımız: Koronavirusa qarşı milli ...

    14-03-2020, 13:59

  • 
  • Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

    Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu ...

    30-03-2020, 16:51

  • 
  • Alimlər: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”

    Alimlər: “Siqaret çəkənlərin koronavirusa yoluxma ...

    12-03-2020, 12:58

  • 
  • Fransada 600 hərbçi koronavirusa yoluxub

    Fransada 600 hərbçi koronavirusa yoluxub ...

    4-04-2020, 12:39

  • 
  • Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - SİYAHI

    Bu ölkələrdə koronavirusun yayılmadığı iddia ...

    2-04-2020, 12:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu