GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik - TƏHLİL

“Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik - TƏHLİL

Tarix: 14-03-2020, 13:59 Bölmə :Siyasət Baxış: 369
“Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik - TƏHLİL


Bəşəriyyət XXI əsrdə insanlıq imtahanından keçir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi koronavirus infeksiyası (COVİD-19) dünya ölkələrini ayağa qaldırıb. Xəstəliyin Çindən sürətlə dünyaya yayılmasından sonra virusun qarşısını almaq, əhalinin sağlamlığının qorunması üçün hər gün ölkələrdə qərarlar qəbul olunur, müxtəlif addımlar atılır.

Təbii ki, hazırda dünyada insan sayının artması, xüsusən də, meqapolislərdəki izdihamlar, səyahətlər və sair kütlələr arasında təmaslara səbəb olan fəaliyyətlər xəstəlik simptomlarının sürətlə yayılmasına səbəb olur. Bunun qarşısını almaq, ya da ən azı məhdudlaşdırmaq üçün bir sıra qabaqlayıcı addımların atılması, karantin tədbirləri zərurətdir.

Çünki bəşər tarixi dəfələrlə bu cür xəstəliklərlə sınağa çəkilib, karantin və əhalinin təmaslarının, kütləvi toplantıların məhdudlaşdırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün mühüm addımlardan biri olaraq qalır.

Qloballaşan dünyada yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq çox çətinləşir, çünki dünya ölkələri indi bir-biri ilə yaxından bağlıdır. Azərbaycan isə virusun meydana çıxdığı Çinlə sıx ticarət və səyahət əlaqələrinə malikdir, həmçinin, virusun Çindən sonra ən çox yayıldığı ölkələrdən biri olan İranla qonşudur. Bu səbəbdən də, Azərbaycan dövləti virusa qarşı yüksək səviyyədə səfərbərlik elan edib.

Qeyd etmək lazımdır ki, hökumət koronavirus mövzusunda görünməmiş dərəcədə çevik, hərətərfli və məqsədyönlü çalışır. Bu məsələdə prioritet ölkə vətəndaşlarının həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiədir. Bu günə qədər olan vəziyyət göstərir ki, Azərbaycan hökuməti bu məsələdə təqdirəlayiq fəaliyyət göstərir. Bu, həm də hökumətin qlobal problemlərə sinə gərəcək qədər güclü və potensiallı olmasının göstəricisidir.

Artıq ÜST ekspertləri də etiraf edib ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Hazırda hökumət ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Fevralın əvvəlindən başlayaraq rəsmi Bakı infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq üçün hərəkətə keçib. Ən əsası, bu dövrdə dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargah yaradılıb, xaricdən infeksiyanın ölkəyə daxil olmasını minimallaşdırmaq üçün bir sıra ölkələrlə sərhədlər bağlanıb və gediş-gəliş məhdudlaşdırılıb. Həmçinin, ölkədə karantin rejiminin tətbiqi və son olaraq operativ qərargahın məhdudlaşdırıcı tədbiləri hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir.

Artıq bu gündən etibarən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.

Bu qayda və məhdudiyyətlər təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki qlobal pandemiyaya qarşı mübarizə, onun ölkəmizdə fəsadlarının qarşısının alınması milli təhlükəsizlik və milli həmrəylik məsələsidir, tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Çünki bu məsələdə yalnız dövlət və rəsmi qərarlar həlledici olmur, həm də vətəndaş fəallığı lazımdır.

Vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Etiraf etmək lazımdır ki, Azərbaycan vətəndaşları bu günə qədər koronavirus mövzusunda daha təmkinli və dövlətlə həmrəy çıxış edib. Bunu təqdir etmək lazımdır. Azərbaycanda, Ukraynada olduğu kimi, əhali xaricdən gələn həmvətənlərə qarşı nə etiraz aksiyası keçirib, nə də bu günə qədər marketlərə axın edərək ərzaq ehtiyatı toplayıb. Halbuki qardaş Türkiyə də daxil olmaqla, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu mənfi tendensiya, süni ajiotaj və qorxu müşahidə olunur.

Yaşadığımız hazırkı vəziyyətdə müşahidə olunan ən qabarıq gerçəkliklərdən biri də budur ki, Azərbaycan insanı bu cür fors-major halında ən çox dövlətə və onun qurumlarına güvənir, etibar edir. Uzun illərdir müharibə şəraitində yaşayan ölkəmiz üçün bu çox mühüm xüsusiyyətdir, Azərbaycan xalqı səfərbərliyə və dövlətlə birgə addımlamağa hazırdır.

Nəhayət, bu cür vəziyyətlərdə, təbii ki, sui-istifadəçilərin, şəxsi mənafelərini təmin etmək istəyən fərdlərin və Azərbaycana hər fürsətdə zərbə vurmağa çalışan qüvvələrin mövcudluğunu, bir an belə yatmadığını unutmamaq lazımdır. Bu isə ilk növbədə vətəndaş sayıqlığı tələb edir.

Son illərin “təcrübəsi” göstərir ki, bu kimi hallarda fərqli maraqlara qulluq edənlər təxribatlara əl atılır. Ən çox yayılan və daha rahat başa gələn sosial şəbəkələrdəki təxribat xarakterli məlumatlardır. Adları, ünvanları, şəxsiyyətləri məlum olmayan, bir çoxu, güman ki, xarici xüsusi xidmət orqanlarının hazırladığı və əsas məqsədi kütləvi təşviş və ajiotaj yaratmağa xidmət edən səs yazıları, videoçarxlar yayılır.

Nəzərə almaq lazımdır ki, bu əsrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biridir. Bu isə ilk növbədə, media orqanları və hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. Çünki bu cür proseslərdə dövlət orqanlarının müdaxiləsi və təxribatın qarşısının alınması zaman tələb edir, şayiələr isə həmin müddətdə öz təsirini göstərir.

Buna görə də vətəndaşlar bu mərhələdə yayılan səs yazılarına, mənbəyi olmayan məlumatlara etibar etməməlidir. Hazırda fasiləsiz çalışan və cəmiyyətə, eləcə də media qurumlarına açıq olan müvafiq dövlət orqanları, ən əsası operativ qərargah fəaliyyət göstərir və etibarlı məlumatları bu mənbədən almaq mümkündür.

Onu da qeyd etmək lazımdır ki, operativ qərargah hazırda fəaldır, mütəmadi olaraq cəmiyyəti narahat edən məsələlərlə bağlı açıqlamalar verir, media ilə müntəzəm əlaqədədir. Bu mənada hazırda informasiya qıtlığı yoxdur və rəsmi məlumatlara etimad etmək həm şəxslərin özü, həm də ölkəmiz və xalqımız üçün daha xeyirlidir.

Artıq bilindiyi kimi, virus ilk dəfə yayıldığı Çində zəifləyib, bir çox karantin xəstəxanaları fəaliyyətini dayandırıb. Ən pessimist mütəxəssislər belə qarşıdakı iki ayda virusun yayılmasının başa çatacağını bildirir.

Unutmaq olmaz ki, bu keçici bir prosesdir, ölkəmiz və xalqımız isə qalıcıdır. Qalıcı olanı keçici olana qurban vermək olmaz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ÜST koronavirusu pandemiya elan etdi

    ÜST koronavirusu pandemiya elan etdi ...

    12-03-2020, 10:15

  • 
  • Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər –ÜST

    Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa ...

    14-02-2020, 14:44

  • 
  • Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasını pandemiya elan etdi

    Ümumdünya Səhiyyə Təşkilatı koronavirus ...

    12-03-2020, 12:21

  • 
  • Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

    Azərbaycan koronavirusa görə həkimlər üçün ...

    13-03-2020, 13:24

  • 
  • “Havalar isindikdə virusun öləcəyinə əmin deyilik“ - ÜST

    “Havalar isindikdə virusun öləcəyinə əmin ...

    10-03-2020, 22:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu