Qarabağ müharibəsi iştirakçısı Allahverdi Dönməzin ürək paçalayan statusunu GundemXeber.Az-ın çoxsaylı oxucularına oduğu kimi təqdim edirik:
DƏYƏRLİ AZƏRBAYCAN XALQI, HÖRMƏTLİ MİLLİ AZADLIQ HƏRƏKATININ, SƏNGƏR DOSTLARIMIN, PARTİYADAŞLARIMIN., DÖVLƏTİNİ, MİLLƏTİNİ, İNSANLIĞI SEVƏNLƏRİN SAĞ QALAN NÜMAYƏNDƏLƏRİ! DÜŞÜNÜRƏM Kİ, ÖZÜM HAQQINDA GENİŞ İZAHAT VERMƏYƏ EHTİYAC YOXDUR. ÇOXLARINIZ MƏLUMATLISINIZ.
QURDUĞUMUZ BU DÖVLƏTDƏ 27 İLDİR Kİ, KONSTİTUSİON HÜQUQLARIMDAN BELƏ MƏHRUM OLMUŞAM. MÖVCUD VƏZİYYƏTLƏ ƏLAQƏDAR "EVDƏ QAL" KARANTİNİ DƏ BU YANNAN SANKİ "BİZİM ÜÇÜN" GƏLİBDİ. TƏBİİ Kİ, HANSISA ÇƏTİNLİKLƏR QARŞISINDA ƏYİLMƏYİ, YALVARMAĞI ÖZÜMƏ RƏVA BİLMƏDİYİMDƏN DÜŞÜNÜRƏM Kİ, HÜQUQLARIMDAN İSTİFADƏ EDƏRƏK, HAQQIMIN VERİLMƏSİ ÜÇÜN ÖLÜM ACLIĞINA BAŞLAYIM.
QOY CƏMİYYƏTİMİZ, HƏYATINI, VARİDATINI, AİLƏ SƏADƏTİNİ MİLLƏTİNİN AZADLIĞINA, TORPAQLARIN MÜDAFİƏSİNƏ, HAQQIN ƏDALƏTİN ALİLİYİNƏ HƏSR EDƏN BİR QARABAĞ QAZİSİ ZABİTİN FACİƏSİNDƏN XƏBƏRDAR OLSUNLAR. BUNLAR MƏNİM QANUNİ İMTİYAZLARIMI VERMİRLƏR Kİ, HEÇ OLMASA BU ÇƏTİN DURUMDA ÜÇÜ AZYAŞLI OLMAQLA, BEŞ NƏFƏRDƏN İBARƏT AİLƏMİ SAXLAYA BİLİM. ONA GÖRƏ DƏ AŞAĞIDAKI TƏLƏBLRLƏ YAXIN VAXTLARDA, BU AKSİYANI GERÇƏKLƏŞDİRMƏK QƏRARINDAYAM. XAHİŞ EDİRƏM MƏNİM BU QƏRARIMI ANLAQLI QƏBUL EDİB, SƏSİNİZİ QALDIRASIZ.
ÜZÜMÜ MƏNİ TANIYAN MƏTBUAT NÜMAYƏNDƏLƏRİNƏ, TELEVİZİYA VƏ RADİODA ÇALIŞAN DOSTLARIMA TUTURAM. FƏDƏKAR MEDİA KAPİTANLARI! BU MƏSƏLƏDƏ SİZLƏRİN DƏSTƏYİNƏ DƏ EHTİYAC VAR. MƏNİM MÜRACİƏTİMİ İCTİMAİLƏŞDİRSƏNİZ MİNNƏTDAR OLARAM. TƏLƏBLƏRİM AŞAĞIDAKILARDI. 1. MƏNİM MÜHARİBƏDƏKİ İŞTİRAKIMI, MƏCBURİ KÖÇKÜN STATUSUMU TƏSDİQ EDƏN SƏNƏDLƏRİMİN VERİLMƏSİNİ, 2. BEŞ NƏFƏRDƏN İBARƏT, ÜÇÜ AZYAŞLI OLMAQLA AİLƏMİN MİNUMUM YAŞAYIŞININ TƏMİN EDİLMƏSİNİ, 3. MÜDFİƏ NAZİRİ CƏNAB ZAKİR HƏSƏNOVUN VƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ SAHİL BABAYEVİN ACLIQ KEÇİRDİYİM ÜNVANA GƏLMƏSİNİ TƏLƏB EDƏCƏM.
Sorğu
Yeni dizaynımız necədir?