Bu gün Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında yandırmağa cəhd edib. Veteran bu addımını məmur özbaşınalı ilə əlaqələndirib.
Fəqan Nəsibovun verdiyi məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət etsə də sözünü eşidən olmayıb. Veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb.
F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.
Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?