Yol hərəkəti qaydasını pozaraq təhlükəli hərəkət edən sürücü kameraya düşüb.
Aprelin 10-u Binəqədi rayonu DSK kimi tanınan yolda hərəkət edən 10-AA-020 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə ötmə qaydasını pozub.
Gundemxeber.Az bildirir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə qeyd olunan avtomobil "Elnur Group MMC"yə məxsusdur. Avtomobilin sahibi olan Elnur Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kürəkənidir. Elnur Əliyev Bakıda polis bölmələrindən birinin rəisidir.
Avtomobilin kifayət qədər ödənilməyən cərimələri var. Bu səbəbdən nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı iki həbsi də var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?