Bakıda 8 Mart günü qanunsuz aksiyaya qalmaqallı şüarla qatılan fəallardan biri intihara cəhd edib.
Aysel Ələkbərzadə intihara cəhd etməzdən əvvəl bu barədə sosial şəbəkədə anons edib:
"Bir azdan intihar edirəm. Rahat olun, nə siz, nə də sizin kimilər mənə lazım deyil. Kimlərəsə inandınız, daha doğrusu, məndən başqa hamıya. Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb yola saldım. Son bakal içki və intihar. Necə gözəl səslənir. Onda görərsiniz intiharın ən gözəli necə olur. İntiharımda isə Libre, Əsli və Qurban günahkardır. Mənim üstümdə oyun oynadılar. Mən isə son dəfə deyirəm, məhv olsun Patriarxat, yaşasın Feminizm! Salamat qalın..."
Qeyd edək ki, Yasamal rayonunda yaşayan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
Qeyd edək ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?