Məlum olduğu kimi, hökumət koronavirusun yayılmasının qarşısını almaq üçün vətəndaşların hərəkət azadlığına məhdudiyyət gətirib və ev karantinə alıb. Hazırda əksər insanlarımızın hökumətdən icazə almadan çölə çıxmaq hüququ yoxdur.
Di gəl ki, bu qərar verilərkən, günəmuzd çalışanların dolanışıq problemi tam nəzərə alınmayıb. Əhalimizin əksər hissəsi isə günəmuzd işlərlə ailələrini təmin edir. Başbilənlərimiz guya günəmuzdçuların karantin səbəbindən itirdiklərini kompensasiya etmək məqsədilə adambaşına 190 manat ayırıb. İntəhası, hökumətin bu “humanizmi” də əksər vətəndaşlara çox görülüb. Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti Tədbirlər Planında tədbirlər planı hazırlamışdı. Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət müəyyənləşdirilmişdi. Məlumata əsasən, 1 milyon 900 min vətəndaşı əhatə edən həmin istqiamətlər üzrə ayrılan vəsait isə 394 milyon manat idi. Prezidentin və Nazirlər Kabinetinin qəbul etdiyi bu sənədlər hər kəsi sevindirsə də, iş icraata gələndə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin mətbuata verdiyi açıqlamalar bir çox vətəndaşları xəyal qırıqlığına uğratmışdı. Nazirin bildirdiyinə görə, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə veriləcək. “Bunun üçün 70 milyon manat ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan şəxslərdir. Muzdla, yəni əmək müqaviləsi ilə işləyənlər, mülki-hüquqi xarakterli, yəni xidməti müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar”,- Sahil Babayev sözügedən açıqlamasında belə deyib. Onun bu sözlərindən də aydın olur ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar və ailə kəndli təsərrüfatının üzvlərinə düşmür. Hər yerdən əlləri üzülən kənd sakinləri isə çarəni otlamaqda görüblər. Hər yerdən əlləri üzülən vətəndaşlar da çarəni otlamaqda görüblər. İndi bəzi valideynlər övladlarına otlamağı öyrədirlər. Otlama dərsindən bir səhnəni Ovqat.com oxucularına təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?